İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamının icrası istiqamətində 2016-cı ilin noyabr ayında İsmayıllı şəhərində rayonun və ətraf bölgələrin dövlət ümumtəhsil məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilmişdir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova  Diaqnostik qiymətləndirmənin keçirilməsində göstərdiyiniz dəstək və köməyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının Təhsil Naziri

Şərh Yaz