İsmayıllı İdman-Olimpiya Kompleksi ilin qalibidir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı 2016-cı ilin yekunlarına görə İsmayıllı Olimpiya-İdman Kompleksini “İlin Olimpiya Kompleksi” elan edib, “Zəfər” Beynəlxalq idman mükafatına layiq görüb.
İsmayıllı İdman-Olimpiya Kompleksi ilin qalibidir      27 yanvar 2017-ci il tarixində İsmayıllı Olimpiya-İdman Komrleksinin direktoru Tofiq Hümbətova təqdim olunan Fəxri fərmanı nazir Azad Rəhimov, Assosiasiyanın prezidenti Eldar İsmayılov və jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu imzalayıblar.
Respublikanın 53 Olimpiya-İdman Kompleksi sırasında birinci yer tutan İsmayıllı Olimpiya-İdman Kompleksinin bütün əməkdaşlarını bu uğur münasibəti ilə ürəkdən təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz