Görüş-qəbul keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların 2017-ci ildə qəbulu ilə bağlı tərtib olunmuş qrafikə uyğun olaraq İsmayıllı şəhərindəki Peşə Tədris Mərkəzində səyyar görüş-qəbul keçirilib.
Görüş üçün məkanın İsmayıllı PTM-nin seçilməsi heç də təsadüfi olmayıb. Şəhərin Ə.Ələkbərzadə, K.Məmmədov, A.Aslanov, Q.Aslanov, M.Müşviq, Babək, N.Nərimanov küçələrinin və İsmayıllının Aşağıbaş məhəlləsinin bir hissəsinin sakinləri bu görüşdə iştirak edib.
Görüş-qəbul keçirilib
Görüş-qəbul keçirilib
Şəhərdəki sürətli inkişaf barədə razılıqla söz açan sakinlər problemləri də dilə gətiriblər. Г‡ıxışlardan məlum olub ki, adı çəkilən küçələrdə gecə işıqlanmasına, Aşağıbaş ərazisində məhəllədaxili elektrik dirəklərinin bir hissəsinin dəyişdirilməsinə ehtiyac var. Küçələrdən bir çoxunun çınqılla döşənməsi, bəzilərinin isə asfaltlaşdırılması zərurətə çevrilib. Şəhərin Aşağıbaş hissəsində suötürücü arxların bərpası həlli vacib olan məsələyə çevrilib. Sakinlər şəhərin cənub hissəsini təşkil edən bu əraziyə ictimai nəqliyyatın qrafik üzrə hərəkətini təşkil olunmasını xahiş ediblər.
RİH başçısı Mirdaməd Sadıqov səyyar görüş-qəbula gələnlərlə səmimi söhbət zamanı sakinlərdən mülkiyyətlərində olan torpaq sahələrindən səmərəli istifadə etmələri və fərdi təsərrüfatlarını genişləndirmələri barədə tövsiyələrini verib.
Sakinlər bu kimi görüşlərin vaxtaşırı keçirilməsinə və sakinlərin problemləri ilə yaxından maraqlandığına görə RİH başçısı M.Sadıqova dərin minnətdarlıqlarını bildiriblər.
Ş.Soltanov

Şərh Yaz