Topçuda sakinlərlə görüş-qəbul

15 fevral 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti qəbul-görüşünü Topçu kənd sakinləri ilə keçirib. Topçuda sakinlərlə görüş-qəbul
Topçuda sakinlərlə görüş-qəbul 5 fevral 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti qəbul-görüşünü Topçu kənd sakinləri ilə keçirib. Topçuda sakinlərlə görüş-qəbul
Topçuda sakinlərlə görüş-qəbul Topçu kənd tam orta məktəbinin iclas zalında, 160 nəfərə qədər kənd sakininin iştirakı ilə keçirilən görüş-qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də iştirak edib. RİH-nin başçısı M.Sadıqov bu ildən başlayaraq yerli maliyyələşmənin təmin edilməsi ilə bağlı görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən, yeni-yeni istehsal sahələri açılmasında hər bir bələdiyyənin, icmanın fəal iştirakının vacibliyindən, kəndin mövcud problemlərindən, onların aradan qaldırılması yollarından danışıb. Kənd sakinləri tərəfindən bu yerlər üçün ənənəvi təsərrüfat sahəsi olan baramaçılığın və tütünçülüyün geniş miqyasda bərpa edilməsini məsləhət görüb. Meşə talalarında qoz və fındıq bağları salınsın. Kəndin sosial məsələlərinin həlli üçün yığılıb qalmış vergi borcları ödənilsin. Təkliflər iştirakçılar tərəfindən məmnuniyyətlə qəbul olunub.
Sakinlərdən İlham Sadıqov, Nəriman Məmmədov və başqaları təklif ediblər ki, təzə artezian quyusunun suyu mövcud su xəttinə qoşulsun, kəndin yeni məhəlləsində transformator quraşdırılsın, qaz yanacağı ilə təchizat yaxşılaşdırılsın.
Qaldırılan məsələlərin həlli üçün aid təşkilatlara müvafiq tapşırıqlar verilib.
[b]Ş.Soltanov[/b][b]

Şərh Yaz