Əhalinin tibbi müayinələrinə start verilib

Respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da fevralın 15-dən başlanan və mayın 2-dək davam edəcək əhalinin kütləvi, pulsuz tibbi müayinəsinə start verilib. Bu məqsədlə idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin iştirakı ilə gorüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verib.Əhalinin tibbi müayinələrinə start verilib        Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı Sərəncamına uyğun olaraq, İsmayıllıda əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı komissiya yaradılıb və müvafiq işlərə başlanıb. Əhalinin aksiyaya fəal cəlb olunması məqsədilə kənd və qəsəbələrdə maarifləndirmə işləri aparılır.
Elnarə Qasımova

Şərh Yaz