5 ilin uğurları

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibəti ilə 13 fevral 2017-ci il tarixdə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində təntənəli tədbir keçirilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
5 ilin uğurları
5 ilin uğurları      Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov açıb. O, beş il müddətində dövlət xidməti və onun rayon şöbəsinin keçdiyi uğurlu yoldan, ordunun möhkəmləndirilməsindəki fəal iştirakından, ordunun cismən və mənən sağlamlaşdırılmasında oynadığı roldan ətraflı danışıb. Qeyd edib ki, Dövlət Xidmətinin İsmayıllı şöbəsi də fəaliyyətini müasir tələblərə uyğun qurur. Hərbi xidmətə çağırışda və gənclərin hərbi xidmətə hazırlanmasında rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin iştirakı ilə səmərəli iş aparılır.
Giriş nitqindən sonra bütün dövrlərdə vətən uğurunda canından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı ölçüyəgəlməz xidmətlərini əks etdirən filmə baxıblar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyi İsmayıllı rayon filialının sədri, ehtiyatda olan polkovnik Əlaləm Babayev, çağırışaqədərki hazırlıq fənni üzrə 6 nömrəli tam orta məktəbinin müəllimi Əsgər Manafov, Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Kamil Dadaşov çıxışlarında Dövlət xidmətinin beş illik yüksəliş yolundan danışıb, rayon şöbəsinin əməkdaşlarını təbrik ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan ordusunun formalaşması və qüdrətlənməsində, vətənə xidmətdə, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin fərman və sərəncamlarının icrasında Dövlət xidmətinin yüksək uğurlarından danışıb. Rayon şöbəsinin timsalında Dövlət xidmətinin əməkdaşlarını təbrik edib.
Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidməti rəisinin Fəxri fərmanları rayon şöbəsinin əməkdaşlarına təqdim olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova xidmətin 5 illiyinə həsr olunmuş kitab hədiyyə edilib.
İkinci Dünya müharibəsi veteranları Həsənalı Aslanov və Niyaz Ağayevə pul mükafatı verilib.
N.Teymurov

Şərh Yaz