Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub

İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu bilirlər. Bu borcu müxtəlif formatlı, zəngin məzmunlu tədbirlərlə- anım və xatirə günləri, yürüşlər, ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetirirlər. 6 fevral 2017-ci il tarixdə Uşaq kitabxanasında bu çərçivədə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilb. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub      Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş film nümayiş olunub. Şəhər 3 nömrəli məktəb-liseyin və 6 nömrəli tam orta məktəbi şagirdlərinin hazırladıqları ədəbi-bədii kompoizisiya nümayiş etdirilib.
Milli Qəhrəmanın döyüş yolunu əks etdirən sərgiyə baxış keçirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz