Yollar işlək vəziyyətdədir

İsmayıllı rayon İcra Hakimiyyəti qış mövsümündə yolların daimi işlək saxlanması, nəqliyyatın hər bir hava şəraitində hərəkətinin, yerlərdəki isitmə sistemlərinin fasiləsiz işləməsinin təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah yaradılıb.
Yollar işlək vəziyyətdədir
Operativ işlək vəziyyətdə fəaliyyət göstərən qərargahın rəhbərliyi ilə İsmayıllı şəhərinin bütün küçələri və səkiləri qardan-buzdan təmizlənib. İsmayıllı-Lahıc-Brovdal, İsmayıllı-Basqal-Sulut, İsmayıllı-Qalacıq, İsmayıllı-İvanovka-Mollaisaqlı yollarında bu gün ehtiyac olan texnikalar işləyib, səhər-səhər buz bağlamış yollara qum və duz səpilib, 9 saylı yol istismar idarəsi İsmayıllı-Muğanlı yoluna daha diqqətlə yanaşıb, magistral yol qardan-buzdan təmizlənib. Yol kənarlarında mövsümün sonunadək bəs edəcək qədər duz və qum ehtiyatı yaradılıb.
10 fevral 2016-cı il tarixdə qərargah üzvləri İsmayıllı şəhərindən müxtəlif istiqamətlərə şaxələnən bütün yolları nəzərdən keçirib, prosesdə yaranan hər hansı bir çətinliyin aradan qaldırılmasını təmin ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz