Sən Heydərbabaya göndərdin salam

Şəhriyara
Sən Heydərbabaya göndərdin salam,
Hələ də qarşında borcluyam, lalam.
Salamımı özüm alıb gələcəm,
Dərdlərimi ruhun ilə böləcəm.
Sən Heydərbabaya göndərdin salam
Qarabağım tapdaqdadır nə vaxtdı,
Torpağımda su yerinə qan axdı.
Qərənfilim batdı şəhid qanına,
Qılıncımız sığmır daha qınına.

Düşmən əlindədir Laçın, Kəlbəcər,
Hanı Qaçaq Nəbi, hanı bəs Həcər?
Viran qaldı Xocalım da, Şuşam da,
Ar bilirəm kükrəyəm də, daşam da.

Sən Vətən eşqiylə verdin ömrünü,
Daha yaxındadır Qələbə günü.
Həsrətə nə qədər dözməlidir can,
Sən də ayrılığa eylədin üsyan.

Gəlib məzarını bir gün öpəcəm,
Üstünə müstəqil torpaq səpəcəm.
Elə ondakıtək, dərdlidir Xəzər,
Şəhriyarım, dərdin dərdimə bənzər.

Amma ayaqdadır ərlər, ərənlər,
Var Vətən yolunda canın verənlər.
Bir Şəhriyar bəsləyəcək hər qucaq,
Bizimki olacaq yenə Qarabağ.
Gülsüm Əsgərli,
İsmayıllı rayon M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin IX sinif şagirdi

Şərh Yaz