Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2017- 2018-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2017- 2018-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə kursantların qəbulunu elan edir
Abituriyentlər DİN-in xüsusi-həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma –“ 6 dəfə; qaçış 100 metr məsafəyə –“ 15 saniyə və 1000 metr məsafəyə –“ 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması –“ 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması –“ 18 dəfə;
qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması –“ 18 dəfə, qaçış 100 metr məsafəyə –“ 19 saniyə və 1000 metr məsafəyə –“ 5 dəqiqə 30 saniyə).
Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcəkdir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasında dərslər 15 sentyabrda başlayır, tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiyaya qəbul olunmuş kursantlar 14 avqust –“ 13 sentyabr tarixlərində Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dövlət hesabına yataqxana, geyim forması, təqaüd və yeməklə təmin olunur, təhsil və kurs müddətində həmin akademiyanın ərazisində yerləşən yataqxanada qalırlar.
Ətraflı məlumat www.pa.edu.az internet saytında yerləşdirilmişdir.
Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2017-ci ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər DİN-in Polis Akademiyasına qəbul edilmirlər.
DİN-in Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda olduqları ərazi üzrə polis idarə və ya şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
–“ şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
–“ təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya
tam orta təhsil haqqında sənəd (attestat);
–“ yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
–“ ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
–“ oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
–“ 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Ərizə və sənədlərin qəbulu 2017-ci il fevral ayının 1-dən mart ayının 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17-dək aparılacaqdır.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
Əlaqə vasitələri: (02028) 5-38-30; (055) 255-15-65
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz