Eşqinin uğurları

Eşqin Əsgərov İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdidir. 6 ildir ki, karate-do növü üzrə idmanla məşğuldur. İsmayıllıda məşqçi-müəllimi Bayram Qəhrəmanovdan, Bakı şəhərində əslən İsmayıllıdan olan Vüsal Abdullazadədən bu idman növünün incəlik və sirlərini öyrənir.
Eşqinin uğurları
Ötən illər ərzində Eşqin 17 dəfə zona yarışlarında, 7 dəfə Respublika birinciliyində və Bakı şəhərində keçirilən Beynəlxalq yarışda çempion adını qazanıb.
Eşqinin idman uğurları bunlarla bitmir. O, Moskva şəhərində erməni rəqibinə qalib gələrək finala çıxıb. Finalda isə gümüş medalla kifayətlənməli olub. Həmin şəhərdə sonrakı dünya çempionatında da 2-ci yeri tutub.
2016-cı ildə yenidən Moskva şəhərində keçirilən Avropa çempionatında Eşqin Vətənə qızıl medalla qayıdıb. O, həm də ötən il Asiya qitəsi üzrə keçirilən birincilikdə fəxri kürsüdə ən yüksək yerdə duraraq, ölkəmizin bayrağını da yüksəklərə qaldırıb.
E.Əsgərov üçün 2017-ci il də uğurla başlayıb. Yanvar ayının 25-27-də İran İslam Respublikasının Rəşt şəhərində keçirilən beynəlxalq turnirdə o, 52 kiloqram çəki dərəcəsində yarışmanın üçüncüsü olub.
Son yarışlarda iştirakında hər dəfə İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyini, diqqət və qayğısını duyduğunu bildirən Eşqin Əsgərova qarşıdakı idman yarışlarında, təhsildə və həyatda uğurlar arzulayırıq.
Ş. Soltanov

Şərh Yaz