Vətənə xidmət etməliyik

Orta təhsilimi Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbində almışam. Fevral ayının 2-də məktəbdə keçirilən Gənclər gününə ötən illərdə məktəbi yüksək qiymətlərlə bitirmiş və ali məktəbə qəbul olunmiş məzunlardan biri kimi dəvət almağımdan böyük qürur duydum. Tədbirin təşkilatçıları məktəbin 11-ciləri və müəllimləri idi.
Vətənə xidmət etməliyik     Vətənə xidmət etməliyik
Tədbiri məktəb direktoru Ramiz Mustafayev açdı. O, tələbə gəncləri salamladı və əlamətdar gün münasibəti ilə təbrik etdi, tövsiyələrini bizdən əsirgəmədi.
Biz də öz növbəmizdə təhsil və tərbiyəmizdə böyük əməkləri olan müəllimlərimizə minnətdarlıq və təşəkkür etdik.
Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ruzi Nurməmmədli 11-cilərə qarşıdakı vəzifələr və onların mərhələli icrası barədə ətraflı məlumat verdi. Tədbirə dəvət almış tələbələr növbə ilə çıxış edib bildiklərini gələcək davamçılarına ötürməyə çalışdılar, özlərini – gəncləri, gənc ruhda olanları təbrik etdilər.
Təşkil olunmuş çay süfrəsidə xatirələrə də yer ayrıldı. Viktorina keçirildi –“ kimi şeir söyləməli, kimi rəqs etməli, kimi isə səsləndirilən sualı cavablandırmalı oldu.
Məktəb divarları arasında bir daha dərk etdik ki, savadlanıb yerimizə, yurdumuza qayıtmalı, Vətənə ixtisaslı mütəxəssislər kimi xidmət etməliyik.
Tədbir üçün ayrılan vaxt sona çatdı. Bir sıra arzularımız isə elə buradan start götürdü.
Aynur Ağayeva,
Bakı Mühəndislər İnstitutunun I kurs tələbəsi

Şərh Yaz