Yaddas kitabcasi

Kitabbağışlama günü qeyd olunub

14 fevral 2017-ci il tarixində İsmayıllı MKS-də “Kitabbağışlama günü”nə həsr olunmuş toplantı keçirilib. Tədbiri İsmayıllı MKS-nin Abonement şöbəsinin müdiri Turanə Əzizova açıb tədbir iştirakçılarını salamladıqdan sonra kitabların həyatımızdakı rolundan danışıb.
Kitabbağışlama günü qeyd olunub
“Kitabbağışlama günü” ilə əlaqədar şair Şahməmməd Dağlaroğlu və Oqtay İsmayıllı çıxışlarında kitabın əsas bilik mənbəyi olduğunu vurğulayaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən, gələcəyimizin kitaba olan münasibətlərinin onların həyatında oynayacağı müsbət roldan danışıblar.
Daha sonra çıxış edənlərdən şairə Xatın Məmmədova, İsmayıllı Regional Bilik evinin direktoru Sevinc Novruzova, İsmayıllı YAP Gənclər Birliyinin sədri Şəhla Qafarova, “Niyal” hazırlıq kurslarının əməkdaşı Loğman Mayılov və başqaları çıxışlarında bu qəbildən olan tədbirlərin keçirilməsinin olduqca səmərəli olduğunu vurğulayıblar. Г‡ıxışlardan məlum olub ki, kitabla bağlı maarifləndirici tədbirlərin vaxtaşırı keçirilməsi, yazıçı və şairlərin gənclərlə görüşlərinin keçirilməsi təqdirəlayiqdir.
Sonda dəvət olunmuş yazarlar müəllifi olduqları kitabları, digərləri isə dəyərli bildikləri çap nümumnələrinin bir neçəsini İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminə hədiyyə ediblər.
Elnarə Günəş

Şərh Yaz