20 Yanvar faciəsinin 27-ci ildönümü

İsmayıllı Rayon İcra Hakimiyyətinin 20 Yanvar faciəsinin 27-ci ildönümünün qeyd olunması ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq bütün idarə və təşkilatları, təhsil müəssisələrini, icra strukturlarını əhatə edən silsilə tədbirlər həyata keçirilib. Xalqımızın qəhrəmanlıq tarixinə şərəfli bir səhifə kimi yazılan 20 Yanvara həsr olunmuş guşələr yenilənib və zənginləşdirilib.
20 Yanvar faciəsinin 27-ci ildönümü
20 Yanvar faciəsinin 27-ci ildönümü
20 Yanvar faciəsinin 27-ci ildönümü
Yanvar ayının 19-da Heydər Əliyev Mərkəzində keçirilən Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi də hüzn gününə həsr olunub. İştirakçılar arasında gənclər və həmin dövrü yaşamış insanlar çoxluq təşkil edib.
Heydər Əliyev İdarəetmə Məktəbinin icraçı direktoru Fərman Bəşirov tədbiri açdıqdan sonra 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar qətliamının mahiyyətini, dəhşətlərini əks etdirən filmə tamaşa edilib.
Dövlət qulluğu veteranı Valeh Salehov “20 Yanvar – Qan yaddaşımızdır” mövzusunda məruzə edib. Rayon Veteranlar şurasının sədri, ehtiyyatda olan polkovnik Əlaləm Babayev, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov 20 Yanvar hadisələrinə müxtəlif aspektlərdən yanaşaraq şəhidlərin ruhuna layiq çıxış ediblər. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsi ilə birgə “20 Yanvar Qan yaddaşımızdır” mövzusunda keçirdiyi inşa yazı müsabiqəsində birinci yer tutan şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Günay Nuriyeva inşasını təqim edib. Bu təqdimatdan bir daha aydın olub ki, gənclərimiz əsil vətəndaş kimi yetişirlər.
86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Novruzəli Aslanov çıxışında 20 Yanvar şəhidlərinin ruhuna dərin ehtiramın təzahürü olan belə hüznlü və səfərbəredici tədbirin keçirilməsini təqdir edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsində şəhid olanların ailələri, Qarabağ müharibəsi əlilləri daim dövlətimizin diqqətindədir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda çıxış edərək bildirib ki, 20 Yanvar hadisələrinin ağır nəticələrinin aradan qaldırılmasında o zaman xalq yekdil idi, hamı bir-birinə mənəvi dayaq idi. Lakin rəhbərlik xalqdan ayrı dolanırdı. Kimlərsə yeni vəzifə axtarışında idi. Hadisələrə ilk olaraq düzgün qiymət verən, səbəbkarları lənətləyən, ordunun Azərbaycandan çıxarılmasını tələb edən ümummilli liderimiz Heydər Əliyev oldu. 20 Yanvar faciəsinə qiyməti də ulu öndər Ali Sovetə sədr seçiləndən sonra verildi. Kənardan və daxildən olan təqsirkarlar müəyyənləşdirildi.
İştirakçılar tədbirdən əvvəl 20 Yanvar qətliamını əks etdirən şəkillərdən, rəsm əsərlərindən, şagirdlərin əl işlərindən, kitablardan və digər çap məhsullarından təşkil olunmuş sərgiyə də baxıblar.
Azər Bədəlov
Foto Elçin Məlikovundur

Şərh Yaz