İvanovka inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib

İsmayıllı rayon İcra Hakimiyyəri başçısının 27 dekabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində ötən ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilir.
23 yanvar 2017-ci il tarixdə İvanovka kənd İƏD üzrə nümayəndəlikdə 2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə keçib.
İvanovka inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib
İvanovka inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib  smayıllı rayon İcra Hakimiyyəri başçısının 27 dekabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində ötən ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilir.
23 yanvar 2017-ci il tarixdə İvanovka kənd İƏD üzrə nümayəndəlikdə 2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə keçib.
İvanovka inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib
İvanovka inzibati ərazi dairəsində hesabat yığıncağı keçirilib
RİH başçısının İvanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, hesabat ilində nümayəndəlik fəaliyyətini iş planına tam uyğunluqla həyata keçirib. Şəxsi təsərrüfatlar üzrə qeydiyyatlar aparılıb. İl ərzində 52 notariat əməliyyatı aparılıb. 4 yazılı, 11 şifahi müraciətin təminatı üçün müvafiq işlər görülüb.
2016-cı ildə İƏD üzrə doğulan körpələrin sayı 17, dünyasını dəyişənlər 42 nəfər olub və 7 nikah bağlanıb.
Kənd əhalisinin sosial durumundan söz açan O.Jabina qeyd edib ki, Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin sədr olduğu dövrdə ölkə miqyasında tanınan İvanovkadakı təsərrüfat sonrakı illərdə zəifləməyə başladı. Bu hal son illərə qədər davam etdi. Г‡ünki kolxozun idarə olunması üçün hüquqi əsas yox idi. Rayon İcra Hakimiyyəti mütəxəssis, hüquqşünas və təcrübəli təsərrüfat rəhbərlərinin iştirakı ilə belə bir hüquqi əsas yaratdı. 2927 nəfər əhalisi, 822 təsərrüfatı olan kənd indi icma formasında fəaliyyət göstərir və çeşidli məhsullar istehsalında yeni istiqamətdə irəliləyir. Kənddən köçmə halları dayanır, abadlıq işləri davam etdirilir, fərdi təsərrüfatların inkişafı üçün şərait yaradılır.
Heydər Əliyev adına İvanovka tam orta məktəbində tədris iki dildə – rus və Azərbaycan dillərində aparılır. Bütün ixtisaslar üzrə pedaqoji kadrlar vardır.
Keçirilən hesabat yığıncağında O.Jabina məruzəsində digər məsələlərdən də ətraflı danışılıb. Məktəb direktoru Mixail Uryupin, bələdiyyə sədri Oleq Radayev, hüquqşünas Vasiliy Kazakov, kolxozun sədri Vasiliy Novoseltsev və başqaları görülən işlərdən danışmaqla hesabata müsbət qiymət verib, eyni zamanda nöqsanlardan da danışıblar. Qeyd ediblər ki, 2-3 il bundan əvvəl tikilən poçt binası çox kiçik və şəraitsizdir, 5-6 il əvvəl çəkilmiş su kəməri nöqsanlı olduğu üçün tələbatı tam ödəmir. Küçələrin təmiz saxlanmasına hamı eyni məsuliyyətlə yanaşmır.
Hesabat yığıncağında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov icra nümayəndəliyinin bir illik fəaliyyətinin müsbət olduğunu bildirib, multikulturalizm ilində səmərəli fəaliyyət göstərdiyini deyib və qeyd edib ki, cənab Prezident İlham Əliyev İvanovkanın əvvəlki şöhrətini qaytarmaq, müasir dövrə uyğun inkişafını təmin etmək üçün tədbirlər görür. Yeni idarəetmə strukturunun yaradılması da məhz bu tədbirlərdən irəli gəlib.
Sonda icra başçısı sözü, təklifi, şikayəti olan kənd sakinlərini dinləyib və onların qaldırdıqları problemlərin həlli üçün müvafiq tapşırıqlar verib.
Şahməmməd Soltanov

Şərh Yaz