Yaddas kitabcasi

Qazanılan uğurlar davam etdiriləcək

Yanvarın 25-də rayonun İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilib.
Əvvəlcə Diyallı kənd İƏD-i üzrə nümayəndə Rafail Məmmədov ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, nümayəndəliyin ərazisi 4022 hektar, əhalinin sayı 2153 nəfərdir. Ailə təsərrüfatlarının sayı 578-dir.
Qazanılan uğurlar davam etdiriləcək
Qazanılan uğurlar davam etdiriləcək
Kənd tam orta məktəbində 307, İƏD-in ərazisində yerləşən Sədiyan kənd ibtidai məktəbində 12 nəfər, Güyüm kənd ibtidai məktəbində 6 nəfər şagird təhsil alır. Ərazidə 400 yerlik kənd yaradıcılıq evi fəaliyyət göstərir. Kitabxana mədəniyyət evinin binasında yerləşir. Kitab fondu 8214 nüsxədir. Tibb məntəqəsi köhnə, fin tipli binada yerləşir. Müasir standartlara cavab verən məntəqənin tikilməsinə ehtiyac var.
2016-cı ildə ərazidə 485 hektar sahədə taxıl əkilib. Orta məhsuldarlıq 35 sentnerdən artıq olub.
Kənddə əkinçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Hesabat ilində bir ailə 56 kiloqram barama istehsal edərək təhvil verib. Baramaçılığın inkişafı üçün bələdiyyə ərazisində 1050 ədəd gər tingi əkilib. Bundan əlavə, 23 hektar sahədə fındıq bağı salınıb. Bu sahədə iş davam etdirilir.
Pay torpaqlarından 6 hektarında kartof, 13 hektara qədər sahədə bostan bitkiləri əkilib. Bu rəqəmlər ötənilkindən xeyli artıqdır. Kənddə Aqroinformasiya Mərkəzinin layihəsi əsasında 10 ailənin həyətyanı torpaq sahəsində pulsuz istixana qurulub. 10 ailə isə çiyələk yetişdirmək qərarına gəlib.
İƏD-in ərazisində 4,5 hektar sahədə istixana tikintisi işlərinin aparılması qısa müddətdə bu məşğuliyyətin daha genişlənəcəyini göstərir. Bu da kənd əhalisinin məşğulluğu üçün real zəmindir.
Hesabat məruzəsində iş planına uyğun olaraq il ərzində icrası nəzərdə tutulan işlərin uğurla başa çatdırılması qeyd olunub.
Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri İsmayıllı rayonunda, eləcə də Diyallı kəndində öz əksini tapır. Kəndə mavi qaz yanacağının verilməsi işi iki il əvvəl başa çatıb. Hazırda Diyallıda 17 ailə, Sədiyan və Güyüm kəndlərinin sakinləri mavi yanacaqdan istifadəyə ehtiyac duyduqlarını bildirirlər. Ərazinin elektrik təsərrüfatında xeyli yeni iş görülüb. Ərazidəki qəzalı vəziyyətdə olan evlərin mərhələli şəkildə tikintisinə başlanıb. Diyallıdakı məhəllələrdən birinə daha yüksək gücdə olan elektrik transformatorunun qurulmasına ehtiyac var.
Kəndarası yollara bələdiyyə hesabına çınqıl verilib. Sakinlər asfaltlanmış kənd yolunda asfaltın məscid olan əraziyə qədər davam etdirilməsini arzu edirlər.
Məruzə ətrafında Diyallı yaradıcılıq evinin müdiri Xoşbəxt Şabanova, Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova, kənd sakini Oqtay Cəbrayılov, Natiq Ömərov və başqaları çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. İƏD-də hesabat ilində görülən işlərin qənaətbəxş olduğunu bildiriblər.
Nümayəndəliyin illik hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RPŞ-nin rəisi Telman Ağasıyev, rayon prokuroru Ülvi Abbasov da iştirak edib.
M.Sadıqov çıxışında respublika prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıdan, hesabat ilinin avqust ayında rayonumuza gəlişindən, bu səfərdən dərhal sonra rayonda sosial infrastruktur, tikinti-quruculuq işləri üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılmasından danışıb. Möhtərəm Prezidentimiz səfəri zamanı demişdir: “…İsmayıllı rayonunun inkişafı da məni çox sevindirir…”.
Ölkə rəhbərinin bu sözləri ismayıllıları daha yaxşı işləməyə, ölkə rəhbərinin ətrafında daha sıx birləşməyə ruhlandırır. İsmayıllının sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər, qazanılan uğurlar bundan sonra da davam etdiriləcəkdir.
Ş.Soltanov

Şərh Yaz