20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsi

İsmayıllı Rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 17 yanvar 2017-ci il tarixdə Uşaq kitabxanasında ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqədə rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva, Uşaq Yaradıcılıq Mərkəzinin (UYM) direktoru Xalıq Xalıqov və ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsi
Tədbirdə UYM-nin direktoru X.Xalıqov çıxış edərək 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı G.Mirzəliyeva isə çıxışında 20 Yanvar faciəsinin tariximizdə və müstəqilliyimizin qazanılmasındakı yeri barədə tarixi həqiqətləri tədbir iştirakçılarına çatdırıb.
Sonda münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerə layiq görülən rəsmlər müəyyənləşdirilərək mükafatlandırma üçün təşkilat komissiyasına təqdim edilib.
R.Mirzəliyeva

Şərh Yaz