Yaddas kitabcasi

Yenilməz iradənin rəmzi

19 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon MKS-nin xidmət şöbəsində “20 Yanvar –“ Qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri kitabxananın direktoru Ələddin Ələkbərov açdı. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yenilməz iradənin rəmzi
Sonra söz abonement şöbəsinin müdiri Turanə Əzizovaya verildi. T.Əzizova 20 Yanvar hadisələri haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, 20 Yanvar faciəsindən 27 il ötür. Amma o dəhşətlər, xalqın çəkdiyi acılar unudulmur. 1990-cı ilin 20 yanvarı Azərbaycanın yeni tarixinə ən faciəli günlərindən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix xalqımızın müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Tədbirin sonunda iştirakçılar “Oxu zalı”nda təşkil olunmuş “Qan yaddaşımız” adlı sərgiyə baxış keçiriblər.
Səbirə Seyidova

Şərh Yaz