Şəhidlər unudulmayacaq

20 Yanvar – Milli Hüzün Günü yox, Milli Qürur Günüdür. Hacıhətəmli kənd ictimaiyyəti, müəllimləri, şagirdləri kənd qəbiristanlığında dəfn olunmuş şəhid məzarların ziyarət ediblər. Canlarını torpaqlarımızın bütövlüyü və azadlığı üçün qurban verənlərin ruhlarına dualar oxunub. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər unudulmayacaq
Məktəbdə təşkil olunmuş tədbirdə 20 Yanvar gününün səbəbləri və nəticələri haqqında çıxışlar edilib, şəhidlərin heç zaman unudulmayacağı bildirilib. Şagirdlərin Vətən, qəhrəmanlıq, şəhidlik haqqında söylədiyi seirlər dinlənilib.
Allah şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımıza rəhmət eləsin.
“İsmayıllı xəbərləri”

Şərh Yaz