20 Yanvar qanına boyanmış Xəzər

Dalğaların buza dönmuş köpüyündə
Necə-neçə göz parlayır.
Üşüdükcə ləpələrin qoynundakı qərənfillər
İnildəyib qan ağlayır.
Qulaq asın siz suların,
Qayalara çırpılanda fəryadına.
Sanki Xəzər günahkardı…
20 Yanvar qanına boyanmış Xəzər
Qəmli-qəmli hay verirdi o qadına.
20 yanvar səhəri…
Sahildə durub bir ana…
Məzlum-məzlum baxır ona.
Asılıb ağ birçəyindən dərd – sırsıra,
Düşür batıq gözlərindən
Buz damcılar ara-sıra.
Əsə-əsə bir qərənfil gətiribdir balasına,
Г‡əkir titrək əllərini,
Köpüklərdə parıldayan baxışların yarasına.
Əsən külək gətirirdi
O gecənin qan qoxuyan nəfəsini,
Sanki ana eşidirdi övladının,
“Azadlıq!” deyən səsini…
O səsin ardınca düşüb,
Neçə ildir hey dolaşır küçə-küçə,
Azadlıqçün yanan oğlu,
İtkin düşmüşdü o gecə…
Milyon dəfə dövrə vurub
Şəhidlərin məkanını,
Məzarların arasında axtarıbdı
oğlunun son ünvanını.
Oxşayırdı bicə-bircə
Məzarların yarasını.
Soruşurdu lal daşlardan balasını.
Pıçıldayırdı adamlar
Г‡arəsiz anaya baxıb.
– Səbr et ana, oğlun kimi neçə igid
O geçə dənizə axıb.
Xiyabanda üzdü onu pıçıltılar,
İndi onun tək ümüdü olub sular.
Əyilərək sığal çəkir
Dalğaların qırışına.
Bəlkə də əlvida deyir
O ömrünün son qışına.
Titrəyən anaya baxıb,
Göy ləpələr cuşa gəlir,
Qayaların sinəsini
Sanki yenə o səs dəlir.
-Azadlıq! Azadlıq! Azadlıq!…
Bu səs heç vaxt susmayacq.
Azadlıq! –“ deyən şəhidi
Vətən unutmayacaq!
Bu səslərə göy Xəzərdən
Hər səhər Günəş doğacaq.
Məzarı dəniz şəhidin,
Qanı dünyanı boğacaq!
Turac Hilal

Şərh Yaz