Harda, kimlə necə danışmağımızın fərqinə varırıqmı?

Bir çoxları, xüsusilə vəzifə və səlahiyyət sahibləri var ki, onun nitqinə diqqət kəsildikdə, həmsöhbət olduqda, çıxışına qulaq asdıqda özün də özündən razı qalırsan, belə soydaşın olduğu üçün fəxr edirsən. Ad çəkmək məhdud düşüncəli adamlar arasında yarınmaq kimi qəbul olunacağı səbəbindən konkretlikdən nisbətən yayınıram.
 Harda, kimlə necə danışmağımızın fərqinə varırıqmı?
Natiqlərin səmimi, tələffüz və leksik baxımdan saf, yad təsirlərdən uzaq, etik normalar daxilində, siyasi və ideoloji baxımdan təsirli nitqləri hər kəsi razı salır. Dərin zəkalı, mənəvi gücə malik, ləyaqəti cəmiyyətdəki mövqeyindən və vəzifəsindən qat-qat yüksəkdə duran insanlar heç zaman bərkdən danışmır, qışqırmır, nitqləri səs yüklü yox, məna yüklü olur. İdarəetmədə heç zaman boğazlarından “silah” kimi istifadə etmirlər. Bəxtiyar Vahabzadə yazırdı:
İstəmirəm səsdən doğan qafiyəni,
Düşündürür məna məni, hikmət məni.
Bu yaxınlarda Heydər Əliyev Mərkəzində multikulturalizmə həsr olunmuş konfransda çoxumuz iştirak edirdik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun məruzəsini dinlədik. İştirakçıların hər biri istərdi ki, onu təkrar dinləsin. Г‡ünkü bu dəyərli dövlət məmurunun çıxışı elmə, əsil mahiyyətə, milliliyə, leksik zənginliyə, tələffüz şirinliyinə, dinləyicilərinə hörmətə, ən başlıcası isə tutduğu vəzifəyə görə dövlət qarşısında məsuliyyətini dərindən dərk etməyə əsaslanırdı. Mən Gündüz müəllimi ruhumla eşidirdim, qəlbimlə dinləyirdim.
Dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş təntənəli tədbirdə məruzəçi nitqini yarıya çatdırmamış RİH-nin bir məsul əməkdaşı çox vacib məsələ ilə əlaqədar getməli oldu. Sonradan tədbir barədə onunla fikir mübadiləsi aparanda dedi: – “Heyif, məruzəyə sona qədər qulaq asa bilmədim”. Bu məruzəçinin dövlətçilik mövqeyinə, nitq mədəniyyətinə, ideya mətinliyinə, intelektual səviyyəsinin yüksəkliyinə, mövzuya dərindən bələdliyinə verilən qiymətdir. Elə danışmalı, elə davranmalı, elə hərəkət etməliyik ki, həmsöhbətimiz bizdən ayrılanda təəssüflənsin.
Dövlət qarşısındakı borcumu yerinə yetirməkdə davam etməyimə şərait yaradanlara minnətdar olaraq qeyd etmək istərdim ki, tədbirlərdə, yığıncaqlarda, müxtəlif mövzulu digər məclislərdə çox iştirak edirəm və əvvəl qeyd etdiyim yaxşılara, yaxşılıqlara daha çox rast gəlirəm.
Г‡ox təəssüf ki, deyilənlərin əksini də bəzən görmək olur.
Bir də görürsən ki, balaca bir idarənin yekə xasiyyətli müdiri telefonda və ya dəhlizdə tabeliyində olanlara elə qışqırır, elə bağırır, sanki onun dırnaqlarını çıxarırlar. Özündən aşağıda durana uca səslə də, əl-qolla da hücum edəni özündən yuxarıda duranla danışanda görəsən! Elə irişir, elə əyilib-qalxır ki, elə bil sifətinə bir vedrə şampun çilənib. Г‡inlilər deyir: “Söz dedin inandım, təkrar elədin, şübhələndim, and içdin inanmadım”. Görünür onların təsəvvüründə yoxdur ki, insan insana qışqıra bilər.
Qəşəm Aslanovun birinci katib işlədiyi zamanlarda üzümçülük və şərabçılıq komitəsindən bir mütəxəssis gəlib üzümçülük sovxozlarının birinə getmişdi. Direktorla söhbətdən narazı qalmışdı. Ezamiyyəsini sona çatdırıb qayıdanda katibə demişdi: “Yoldaş Aslanov, ”filankəsi” niyə sovxoz direktoru vəzifəsində saxlayırsınız. Onun beyni ilə dili arasında məsafə çox böyükdür”. Belələrinə bu gün də rast gəlinir. Özündən yekə sözlərlə danışanlara, özü ağıllı olmayıb özündən böyüklərə ağıl vermək istəyənlərə rast gəlmirsinizmi? Mən rast gəlirəm, sözümü də deyirəm. Bu gün isə yazılı formada fikir bildirmək istədim.
Yazının əvvəlində mənadan, mahiyyətdən də söz saldım. Bir də baxırsan ki, biri əsas məsələni qoyub bir kənara, başlayıb Kərəmov kimi 6 aylığından kolxoz işinə getməyini nəql etməyə, tərcümeyi-halını danışmağa. Belə hallar onun göstəricisidir ki, bu adamın şüuru ilə dili uzlaşmır, hərəsi bir istiqamətə gedir. Nitqimizdə istiqamət müxtəlifliyinə yol verməməklə, eqoizimdən uzaq olmaqla şəxsimizə hörmət gətirmiş oluruq.
Ümumiyyətlə, nitqimiz, danışığımız, səs tonumuz kimliyimizin göstəricisidir. Bu göstərici elə səviyyədə olmalıdır ki, hamı tərəfindən razılıqla qəbul olunsun.
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz