Yaddas kitabcasi

Sənətkar müəllim

Əliyev Nəzər Mirzə oğlu 1962-ci ildə Lahıc qəsəbəsində anadan olub. Lahıc qəsəbə məktəbində orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. Bir neçə il İsmayıllı rayonunun məktəblərində müəllimlik edib. Əhən kənd məktəbinin direktoru olub.
Sənətkar müəllim
Sənətkar müəllim
Lahıc Tarix-Mədəniyyət Qoruğunun direktoru və Lahıc bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Nəsillikcə misgər olan Nəzər müəllim bu sənətlə lap uşaqlıqdan məşğul olub. Yaratdığı misgərlik nümunələri respublikamızda onu kifayət qədər məşhurlaşdırıb.
“Lahıc misgərlik sənəti”nin YUNESCO-nun siyahısına daxil edilməsində böyük rolu olub. N.Əliyev çoxsaylı sərgilərin, müsabiqələrin iştirakçısı və mükafatçısı olub. 2015 və 2016-cı illərdə Azərbaycan nümayəndə heyətinin tətkibində Parisdə keçirilmiş sənətkarlıq sərgilərinin iştirakçısı olub. O, həm də geniş ictimai iş aparır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz