Yaddas kitabcasi

Dağlar diyarı İsmayılı cənnət məkana çevrilir

İnsan gərək gördüklərinə inansın…

İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu keçmiş jurnalist fəaliyyətimdən irəli gəlir. Jurnalist demişkən bir məsələni deyim ki, indi bu ada o qədər də isti baxmırlar. Dağlar diyarı İsmayılı cənnət məkana çevrilirnsan gərək gördüklərinə inansın…

İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu keçmiş jurnalist fəaliyyətimdən irəli gəlir. Jurnalist demişkən bir məsələni deyim ki, indi bu ada o qədər də isti baxmırlar. Dağlar diyarı İsmayılı cənnət məkana çevrilir
Hətta demək olar ki, indi bəzən həqiqi jurnalistlər müəyyən yerlərdə jurnalistəm deməyə utanırlar. Ona görə utanırlar ki, iş tapa bilməyənlər, cəmiyyətdə öz real yerlərini tuta bilməyənlər və ən pisi halal pul qazanmaq fikrində olmayıb ətrafına da bir neçə özü kimi ruhi xəstəni yığıb jurnalistik deyərək kimə gəldi şər-böhtan atırlar, şantaj edirlər. Bütün bu kimi məsələlərdə bəzi insanlarda, əsasən də gənc nəsildə birmənalı qarşılanmır, jurnalist ikrah hissi yaradır. Təbii ki, bu işlərlə dövlətin aidiyyəti orqanları məşğul olmalıdır. Amma jurnalist adını şərəflə daşıyan jurnalistlər də zaman-zaman öz sözlərini deməlidirlər. Təsəvvür edirsinizmi bir zamanlar jurnalist fakültəsinə qəbul olmaq nə demək idi? Amma indi jurnalist olmaq üçün o fakültə bir yana, heç ümumiyyətlə, ali məktəbə qəbul olub oxumağa ehtiyac yoxdur. Yetər ki, utanmaz sifətin olsun.
Nə isə, yazının başlığında qeyd etdiyim kimi, bu yazının əsas mövzusu İsmayıllıdır. Son vaxtlar İsmayıllı rayonu haqqında, rayonun icra başçısı hörmətli ziyalımız Mirdaməd müəllim haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də əslən İsmayıllıdanam və ismayıllıları, Mirdaməd müəllimi çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi, eşitdiklərimə deyil, gördüklərimə inanalardanam. Bu düşüncələrlə keçmiş jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə İsmayıllı haqqında son beş ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki, İsmayıllı haqqında yazılar əsasən 2013-cü ildə baş verən məlum İsmayıllı hadisələrindən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və əslən İsmayıllıdan olan bir “jurnalist”in vasitəsi ilə yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var – kimlərsə İsmayıllının inkişafını istəmir, kimlərsə yuxarı dairələrdə İsmayıllı haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir İsmayıllı övladı alət edilir.
2013-cü ildə məlum İsmayıllı hadisələri kimlərinsə yenidən marağında ola bilər. Kimlərsə o hadisələrin yenidən baş verməsinə çalışa bilər və bunun üçün də zaman-zaman internetdə və KİV-də bununla bağlı mesajlar və çağırışlar edirlər. Amma bir məsələni unudurlar ki, o hadisələr dövlətə və dövlətçiliyə qarşı deyildi, o üsyan məmur özbaşınalığına qarşı idi. İndi isə üsyan ediləcək məmur özbaşınalığı yoxdur. Həmin xaosdan bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq, rayon rəhbərliyini əhalinin və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan və şantaj xarakterli yazılardan istifadə edirlər. Buna misal Qafqazın ən böyük və ən uğurlu layihəsi olan Velosiped zavodunun təməli atıldığı gündən yazılar, tənqidlər başladı, nə başladı. Amma Ölkə rəhbərliyinin xeyir-duası ilə başlanan layihənin başa çatmasına mane ola bilmədilər. Layihə başa çatdı, ölkə rəhbərliyi gəldi, açılış etdi. İsmayıllı tarixi uğura imza atdı. Araşdırdım Zavod bu gün də tələbata və sifarişlərə uyğun olaraq fəaliyyət göstərir. İstəyən gedib velosiped sifariş edə bilər. Kiminsə zavod işləmir deyib sifarişini qəbul etməsələr, buyurub yaza bilər. Amma xəbəri olmadan zavod işləmir demək insafsızlıq və şərəfsizlikdir.
Yazırlar ki, İsmayıllı Tikiş fabriki işləmir. Yenə də deyirəm: o fabrikə kim gedibdə sifariş vermək istədi, ona dedilər ki, biz işləmirik? Qardaş, hamımız bilirik ki, özəl sektor təlabata və sifarişə uyğun fəaliyyət göstərir. Rayon rəhbərliyinə aidiyyəti olmayan məsələdə nöqsan axtarıb rayon rəhbərliyini günahlandırmaq vicdansızlıqdır.
Yenə yazırlar ki, yeni avtovağzal işləmir. Hər kəsə məlum olsun ki, avtovağzal işləyir. Oradan Bakı şəhərinə, Sumqayıt şəhərinə və rayonun bir çox kənlərinə, qəsəbələrinə avtobuslar işləyir. Yeni marşurut xətti açmaq istəyən sahibkarlar da buyurub avtovağzalın rəhbərliyinə yaxınlaşa bilər.
Rayonda 20 il, 30 il bundan əvvəl yaradılmış tikinti şirkətlərini, MMC-ləri rayon rəhbərliyinin adına bağlamağa çalışırlar. Bəs fikirləşmirlər ki, bu rayonda yaşayanlar bu şirkətlərin, MMC-lərin nə vaxt qurulduğunu, nə vaxt yaradıldığını rəhbərlərinin kim olduğunu bilirlər.
Araşdırmalarım davam edir. Növbəti yazılarda İsmayıllıda kimlər niyə qarışıqlıq yaratmaq istəyir bunları araşdıracam.
Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün İsmayıllı etibarlı əllərdədir. Rayon rəhbərliyi ilə əhali arasında inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki, öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.
50-ci illərdə dağ kəndlərimizin birində Cavad adında ruhi xəstə bir kişi olub. Dəvət olunmadan qonşu kəndə toya gedib, bir azda şuluqluq salıb. Toy sahibi:
– Ay Cavad, səni toya kim çağırmışdı? Gəlib hələ bir toya şuluqluq da salırsan?
– Cavad:
– Məni toya çağırmaq nə lazım. Г‡ıxdım yala, eşitdim ki, Alışan zurnada çalır: “Cavad gəl, Cavad gəl”. Mən də gəldim.
Mən isə çalışacam ki, Cavad kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr İsmayıllıda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Г‡ünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtərəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası yada düşür.
Hacı Qara Ağcabədi bazarında pəjmürdə vəziyyətdə oturub. Bu yandan da molla gəlib deyir:-Hacı, dədənə Quran oxumuşam, bir abbası ver. O da cavabında:
– Sənə kim demişdi ki, dədəmə Quran oxuyasan? Mən pulnan Quran oxutmuram. Lazım olanda özüm oxuyaram.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. İsmayıllı Rayon İcra Hakimiyyətinin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
İsmayıllı şəhərinin irili-xırdalı 89 küçəsi var. 2013-cü ilin fevralınadək – məlum yanvar hadisələrinə qədər bu küçələrin heç biri nəqliyyatın və piyadaların hərəkəti üçün yararlı deyildi. Ötən müddətdə həmin küçələrin 52-si asfaltlanıb, bir hissəsində işıqlandırma sistemi də quraşdırılıb, səkilər tikilib. Diyallı kəndinə qaz xətti, asfalt yol çəkilib, içməli su təchizatını yaxşılaşdırmaq üçün artezian quyusu qazılıb istifadəyə verilib.
Müdri, Mücü, Pirəbilqasım, Qalınçaq, Gideyli, Talış, Külüllü, Kürdeldarbəyli kəndlərində və başqa yerlərdə yeni məktəb binaları, şəhər ərazisində 140 və 100 yerlik, Mican məhəlləsində 40 yerlik, Sumağallı kəndində 40 yerlik uşaq bağçası tikilib. Ən müasir formada tərtib və təchiz edilib.
Təhsil müəssisələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 45 evdən ibarət yeni qəsəbə salınıb. Buraya avtobus marşrutu açılıb, telefon çəkilib. İnternetə qoşmaq da yaddan çıxmayıb.
İsmayıllı-İvanovka-Hacıhətəmli-Mollaisaqlı asfalt yolu çəkilib, 27 kilometrlik İsmayıllı-Qaraməryəm fundamental asfalt yolu çəkildikdən sonra bu yol boyu yaşayan 30 min nəfərə qədər əhali rahatlıq tapıb. Ölkə rəhbərinə minnətdarlığını bildirib.
Uzun illər bataqlığa çevrilmiş, antisanitariya vəziyyətinə düşmüş bazar meydanı yerli imkanlar hesabına parka – “Saat meydanı”na çevrilib. Ağzıgöyçəklər bu işə də qulp qoyurdular. Guya ki, rayon İcra Hakimiyyəti buranı hasarlamaqla mövcud bazarı yeni tikilmiş “Yaşıl bazar”a köçürmək istəyir. Hər ikisi özəl müəssisədir. Özəl təşkilata rayon İcra Hakimiyyəti əsla inzibati təsir göstərmək fikrində deyil. Buna özünü ixtiyarlı hesab etmir.
Məqamıdır qeyd edim ki, ölkə rəhbərinin ciddi tapşırığı əsasında İsmayıllıda sahibkarlığın inkişafına hər cür yardım göstərilir, heç bir sahibkarın fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrə yol verilmir.
Sosial şəbəkələrdə lövbər salmış şər-böhtan müəllifləri bircə dəfə gəlib şəhər Mədəniyyət Mərkəzinə, Heydər Əliyev prospektinə, Mübariz Orucov, M.F.Axundov, Nizami Gəncəvi, N.Nərimanov, Qəşəm Aslanov, Rəşid Mahmudov küçələrinə baxsalar, gözlərini nə qədər qapasalar da görərlər ki, rayon İcra Hakimiyyəti başçı ilə birlikdə işlə məşğuldur, ətrafdan gələn səslərə baxmayaraq karvanını inamla irəli aparır.
İndi fəallaşan “yazarlar” ən məhdud torpaq sahəsinə malik olan Lahıc qəsəbəsində bir neçə il bundan əvvəl hektarlarla torpaq mənimsənilməsini görmək istəmədilər. Qurdun ağzını bağlayan kimi onların da ağzını bərk-bərk bağlamışdılar. Özləri yaxşı bilirlər ki, nə ilə. “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilir, el-oba təəssübündən uzaqlar, başqasının uğurunu öz məğlubiyyəti kimi qəbul edənlər bundan bir xətt belə yazmırlar.
Sakinlərin ixtiyarına pulsuz verilən mərasim evi, Lahıc icma evi tikilir, Lülə dərəsindəki çayın üzərindən körpü salınır, küçələr abadlaşdırılır, xalq sənətkarlığı inkişaf etdirilir, bunu başçıya tənqid kimi yönəldirlər. Rəhmətlik Əliağa Ağayev “Komediyalar aləminə səyahət”də yaxşı deyirdi: ”Heyvanuva şükür, xudaya!”
Musa Yaqub yazır:
Bu dünyada sevinc də var, dərd də var,
Hərəsi bir yana çəkər könlümü.
Yaxşı ki, namərd yanında mərd də var,
Biri söksə, biri tikər könlümü.
Mərdlər ölkəsi olan Azərbaycanın elektron mətbuatında heyif ki, tək-tək də olsa namərdlər hələ qalmaqda, şər atmaqda, böhtan yazmaqda, tələ qurmaqda, milli-mənəvi dəyərləri tapdamaqda, qanunları pozmaqdadır.
Xalq şairi Rəsul Rzanın bir bənd şeirini də diqqətə çatdırmaq yerinə düşər:
Elə bilmə xalq, Vətən sənə borcludur. Utan!
Bir sətrinə yüz kərə mükafat umma, yazıq!
Г‡alışma başqasını da çıxardasan sıradan,
Eləmə, yaxşı deyil, bala! Onsuz da azıq.
Növbəti yazımda bir az konkret olmağa, bir az da ünvanlı yazmağa çalışacağam. Haqlı, ədalətli həmkarlarıma da məsləhət görərdim ki, hər an şərə müqavimət göstərsinlər, araqarışdıranların, inkişafa əngəl olanların qabağından qaçmasınlar.
Vahid Xəlilov,
veteran jurnalist
“Yeni sözçü” qəzeti, 25 yanvar 2017-ci il

Şərh Yaz