O, İsmayıllının intellektual gənclərindən biri idi

Bu xəbər ismayıllıları, xüsusilə də gəncləri çox sarsıtdı. Gəncə Dövlət Universitetinin magistraturasında təhsil alan, rayonun Lahıc qəsəbəsində anadan olmuş, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu ali məktəbdə olarkən ani olaraq huşunu itirib. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, İsmayıllının intellektual gənclərindən biri idi
O, İsmayıllının intellektual gənclərindən biri idi
Müayinə zamanı həkimlər onun öldüyünü bildiriblər.
Bu xəbər qısa vaxt ərzində ölkəyə yayıldı. Hamını üzdü. Daha çox üzülənlər Həşimin ailə üzvləri, yaxınları, əzizləri, qohumları oldu.
Həşimli İbrahim İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin könüllüsü olub, fəallığı ilə seçilib. O, savadına, zəkasına, dünyagörüşünə görə yaşıdlarından fərqlənən, İsmayıllının intellektual gənclərdən biri idi.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin kollektivi olaraq gənclərimiz adından H.İbrahimin vəfatından kədərləndiyini bildirir, Allahdan ona rəhmət diləyirik. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi

Şərh Yaz