Karate üzrə açıq rayon birinciliyi

22 yanvar 2017- ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibəti ilə VKC karate-do idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilib.Karate üzrə açıq rayon birinciliyi
Karate üzrə açıq rayon birinciliyi    Birincilikdə 10 rayon –“ Bakı şəhərinin 5 rayonundan, Şirvan, Mingəçevir, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarından gələn idmançılar iştirak ediblər.
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. O, iştirakçıları salamladıqdan sonar onları 2 Fevral – Gənclər Günü münasibəti ilə təbrik edib. İdmançılara qələbə sevinci arzulayıb.
VKC karate-do idman növü üzrə Federasiyanın prezidenti Nurəddin Quliyev keçirilən yarış üçün İsmayıllı Olimpiya-İdman Kompleksinin məkan seçilməsinin təsadüf olmadığını bildirib. Qeyd edib ki, bu idman ocağı yüksək səviyyəli yarışların keçirilməsi üçün respublikada ən münasib müəssisələrdən biridir. N.Quliyev Azərbaycanın dünyada həm də bir idman ölkəsi kimi tanınmasını idmançıların diqqətinə çatdırıb, onlara güçlü və sağlam olmağı arzu edib.
İsmayıllı Olimpiya-İdman Kompleksinin rəisi Tofiq Hümbətov burada yaradılan şəraitin gündən-günə yaxşılaşdırılması üçün görülən işlərdən danışıb. Bildirib ki, Kompleksdə idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün yaradılan şəraitə görə ölkə Prezidentinə, idmançıların daimi təəssübkeşi cənab İlham Əliyevə minnətdar olmalıyıq.
İsmayıllı Olimpiya-İdman Kompleksinin təlimatçısı Anar Həsənov ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından söz açıb, iştirakçılara təhsildə, idmanda və həyatda uğurlar arzulayıb.
150 idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsində qaliblər müəyyən olunub.
İsmayıllı komandası birinciliyi əldə saxlamaq üçün mümkün nəticələri göstərib. II yerə Bakı şəhərinin idmançıları çıxıb. Mingəçevir komandası III yerlə kifayətlənməli olub.
Qaliblərin hər biri rayon Gənclər və İdman İdarəsinin Diplom və medalları ilə təltif ediliblər.
Ş.Soltanov

Şərh Yaz