Kitab böyük qüvvə və xəzinədir

Kitab yaranandan bəri böyük hörmətə layiq bilinib. Kitaba hörmətlə yanaşmaq, onu qorumaq cəmiyyətdə müqəddəs bir işə çevrilmişdir. Ən böyük dahi, filosof, alim, şair və yazıçıları kitablar vasitəsilə daha dərindən tanıya bilirik. Kitab böyük qüvvə və xəzinədir
Görkəmli şəxsiyyətlər kitab haqqında öz sözünü demiş, kitabın özünəməxsus tərifini vermişdir. Ümummilli lider Heydər Əliyev kitabxana və kitab üçün demişdir: ”Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Bu fikri şərh etməyə ehtiyac yoxdur.
Tanınmış şəxsiyyətlər kitab haqqında yüksək fikirlər söyləyiblər. N.B.Vəzirova görə kitablar bizi ötən əsrlərin varisi edir. Ə.Nəvai “Dünyada kitabdan əziz dost yoxdur”, V.Şekspir “Kitab mənim üçün tacdan qiymətlidir”, Г‡.Darvin ”Əxlaq üzərində müşahidə aparmağa kitab oxuyandan sonra başladım” –“ demişdir.
Ayrı-ayrı şəxsiyyətlər tərəfindən kitab barəsində deyilən fikirləri yazmaqla bitməz. Г‡ünki kitaba könlünü vermiş hər kəs onun haqqında fikrini özünəməxsus şəkildə etiraf etmişdir.
Kitablar tipinə görə 3 yerə ayrılır: Elmi-texniki, ictimai-siyasi və humanitar və bədii.
Elmi-kitablar elmi biliklər verir, belə kitablar adətən yorucu olur və onları dərindən düşünərək oxumaq tələb olunur. Г‡ox vaxt müəllimə, öyrədənə də ehtiyac duyulur.
Humanitar fənləri, kitabları da öyrədən lazımdır, lakin mütaliəçi dərindən fikirləşərək oxuyarsa, müəllimdən də yaxşı o sahələri öyrənə bilir. Mütaliə etdikcə insan beyni inkişaf edir, elmi cəhətdən formalaşır.
Bədii ədəbiyyatı mütaliə edənlər daha mükəmməl dünyagörüşünə malik olur, bütün hərəkətlərini ölçüb-biçirlər. Belələrini aldatmaq olmur. Г‡ünki, onlar mənən zənginləşirlər. Buna mütaliə mədəniyyətinin inkişafı deyilir.
Deməli, hər bir insana təkcə ixtisas ədəbiyyatını deyil, həm də bədii ədəbiyyat, qəzet, jurnal oxumaq vacib sayılır. İnsana maddi tələbatla yanaşı mənəvi tələbat da lazımdır.
Mənəvi zənginlik insanı şux saxlayır, onda mənəvi mədəniyyət yaradır. İnsanlara təkcə yemək, içmək, geyinmək deyil, həm də davranış mədəniyyəti də gündəlik tələbat kimi vacibdir.
Unutmaq olmaz ki, mütaliə insan beynini, təfəkkürünü inkişaf etdirir, onun dünyagörüşünü formalaşdırır. Mütaliə edən insan cahillikdən aqilliyə doğru irəliləyir. Mütaliə etməyənlər hadisələri ölçüb-biçməyə ehtiyac da duymur, hadisəyə təcili, tez reaksiya verir və sonda özündən asılı olmayaraq yeni, xoşagəlməz bir hadisə törədir.
“Kim ki, bu dünyanı ağılla getdi,
Sürətlə getmədən hamını ötdü”.
Cəmiyyətdə baş verən kriminal hadisələrin kökündə əgər bir tərəfdən iqtisadi çətinliklər, eqoizm və sair durursa, ikinci tərəfdən mütaliə mədəniyyətinin olmaması durur. Bəşəriyyəti bir-birinə bağlayan bir anlayış vardır, o da mədəniyyətdir. Bu mədəniyyətin daxilində mütaliə mədəniyyəti xüsusilə seçilir. Mütaliə mədəniyyəti insanlara təvazökarlıq, etika, bir-birinə qarşı hörmət tərbiyə edir. Bir sözlə, mütaliə etmək insanı yaxşını pisdən seçməyə aparıb çıxarır. Ona görə də hər kəs sutkada ən azı bir saat mütaliə etməlidir ki, bu qabiliyyətə sahib ola bilsin.
Valideynlərə məsləhət görərdim ki, uşaqlarına Q.Zakirin, S.Axundovun, C.Cabbarlının, A.Şaiqin, S.Vurğunun, M.Ə.Sabirin, A.Səhhətin əsərlərini oxutdursunlar. Г‡ünki bu müəlliflərin əsərlərində milli mədəniyyət, vətənpərvərlik, xalqına xidmət etmək kimi motivlər güclü və dərindir. Ona görə də ədəbiyyata belə bir tərif verilmişdir: ”Ədəbiyyat incə sənətdir; – incə söz, incə məna, incəsənətdir”. Ədəbiyyatlarda incəliklərlə yanaşı, həm də böyük mənəvi qüvvə vardır. Bu qüvvə insan təfəkkürünə, şüuruna yerləşdikcə, insan mənən saflaşır, gözəlləşir və qüvvətlənir. Belələri həm də qürurlu, mətanətli və istiqanlı olurlar.
N.Gəncəvi bir hikmətində deyir:
Qüvvət elmdədir başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Həmid Hacıyev,
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı, əmək veteranı

Şərh Yaz