Kənd məktəbində şəhidlər yad edilib

19 yanvar 2017-ci il tarixdə Yeniyol kənd tam orta məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kənd məktəbində şəhidlər yad edilib
Məktəbin pedaqoji kollektivi, şagird və valideynlərin iştirak etdiyi tədbiri məktəbin direktoru Rəşad Vahabov açıb. O, çıxışında bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda Ulu öndər heç nədən çəkinməyərək Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gəlmiş, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmış, çətin, gərəkli anda öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirmişdir.
Azərbaycan xalqı tarix boyu 20 Yanvar qurbanlarının xatirəsini əziz tutacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Vəfa Vahabova,
Yeniyol kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz