Dəyərlər qorunub saxlanmalıdır

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Tolerant dəyərlərin təbliğində vəhdət prinsipinin əhəmiyyəti” adlı maarifləndirici tədbir keçirilib.Dəyərlər qorunub saxlanmalıdır   Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov, dini icmanın sədri Fariz Mövlamov, Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
N.Əsədov ölkəmizdə tarixən fərqli dinlər, müxtəlif millətlər və onların mədəniyyətlərinin mövcud olması və xalqımızın bu din və millətlərin nümayəndələri ilə birgə, sülh şəraitində yaşamasından danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev cıxış edərək müasir dövrdə dünyanın bir çox ölkələrinin həsəd apardığı tolerantlığın xalqımızın milli-mənəvi sərvəti olmasını diqqətə çatdırırb. O qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant və multikultural dəyərlərə yüksək önəm verməsinin sübutudur.
Daha sonra Basqal qəsəbə tam orta məktəbinin direktoru A.Qafarov, dini icmanın sədri F.Mövlamov çıxışlarında xalqımızın zəngin multikultural dəyərlərinin qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarına maarifləndirici nəşrlər paylanıb.
İlham Ağayev

Şərh Yaz