Əbədiyyət qalasıdır şəhidlərin məzarı

Yanvar ayının 18-də Mücühəftəran kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Zahir Məlikov açıb. Əbədiyyət qalasıdır şəhidlərin məzarıГ‡ıxış edən məktəb direktoru bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verib. Bildirib ki, 27 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdləri geniş miqyas almışdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilmişdi.
Daha sonra kollektivin digər üzvləri də bu qanlı tariximizlə bağlı çıxışlar ediblər. Məktəblilər şəhidlərimizin xatirəsini şairlərimizin vətəni, torpağı, qəhrəmanlığı tərənnüm edən şeirləri ilə yad ediblər.
Elnarə Qasımova

Şərh Yaz