İsmayıllı şəhəri –“ 50

1967-ci ilin 15 yanvarında İsmayıllıya şəhər statusu verilib. O vaxtdan 50 il keçir. Yaşlı nəslin nümayəndələri o illərin İsmayıllısını yaxşı xatırlayırlar. Onda rayon mərkəzinin yalnız bir küçəsi asfalt örtüklü idi və bu gün küçələr boyu görünən səliqəli daş hasarların yerini kol vurulmuş çəpərlər tuturdu…
İllərin, zamanın sürətlə keçməsindən insanlar həmişə gileyləniblər. Amma ötən 50 ildə İsmayıllının inkişaf tarixinə nəzər yetirdikdə görülmüş işlərin fərqinə varır, illər ötdükcə şəhərimizin qazandığı simadan qürur duyuruq.
İsmayıllı şəhəri –“ 50
İsmayıllı şəhəri –“ 50
İsmayıllı şəhəri –“ 50
İsmayıllı şəhəri –“ 50
İsmayıllı şəhəri –“ 50
Hər kəs üçün doğulduğu, böyüyüb boya-başa çatdığı məkan həmişə doğma və əzizdir. Bu gün bu adla ismayıllılar nəinki Vətənin özündə, hətta onun hüdudlarından kənarda da öyünürlər.
İsmayıllının qədim və zəngin tarixi, bənzərsiz, ürəkləri ovsunlayan flora-faunası vardır. Burada məskunlaşmış millətlərin, milli azlıqların, etnik qrupların adət-ənənələrini, dilini, mədəniyyətini qoruyub saxlaya bilməsi və inkişaf etdirməsi İsmayıllının böyük və mehriban bir ailə olması təsəvvürünü yaradır. Bununla hər bir İsmayıllı sakini fəxr edir.
Bu gün xatirəsini ehtiramla yad etdiyimiz –“ ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra doğru və məqsədyönlü rəhbərlik sayəsində respublikanın digər rayonları kimi, İsmayıllı da diqqət mərkəzində oldu. Tikildi, quruldu, inkişaf etdirildi…
Həmin diqqətin davamı olaraq son illərdə rayon mərkəzində tikilən inzibati binalar, asfaltlaşdırılmış, işıqlandırılmış küçələr, salınmış park və meydanlar, yaşıllıqlar, insanların rahatlığına təminat verən müxtəlif kommunikasiya xidmətləri İsmayıllını sözün həqiqi mənasında müasir şəhərə çevirmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin son 4 ildə İsmayıllıya 3 dəfə səfər etməsi və hər səfərində İsmayıllının artan gözəlliyi, inkişafı barədə yüksək fikirlər söyləməsi bu rayonun sakinləri kimi hər birimizi sevindirir. Bu gün tam aydınlığı ilə görür və yaxşı bilirik ki, İsmayıllının Azərbaycanın mirvarisi adlandırılması heç də gəlişi xoş olan sözlər deyil.
Əziz ismayıllılar! Zaman dayanmadan irəli gedir. Bu irəliləyişdə yeni inkişaf mərhələlərindən keçmək, olanları qorumaq və daha müasir, tələbatı ödəyən işlər görməli, hər birimiz imkanımız, gücümüz daxilində görüləcək işlərdə iştirakçı olmalı, iş görənlərə, şəhərimizi yenidən quranlara: İşiniz avand olsun! – deməliyik.
50 yaşın mübarək, İsmayıllı şəhəri!!!
Şahməmməd Soltanov

Şərh Yaz