Gənclər maarifləndirilir

Gənclər Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” adlı layihə çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində seminar keçirib. Tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, fəal gənclər iştirak ediblər.Gənclər maarifləndirilir  Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında xidmət sahələri və kənd turizminin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparılmasl olub.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirin keçirilməsi üçün İsmayıllını məkan seçdiklərinə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu gün rayonumuzda kənd turizminin inkişafı üçün çox böyük potensial vardır. Cənab Prezidentin siyasətinə uyğun olaraq İsmayıllı rayonunda sosial-iqtisadi layihələr həyata keçirilir, bu da bizim rayonu bir çox layihələr üzrə regional mərkəzlərdən birinə çevirib.
Tədbirdə çıxış edən Gənclər Mərkəzi ictimai birliyinin sədri Kənan Qubadzadə layihənin əhəmiyyətindən, məqsəd və məzmunundan danışıb. Bildirib ki, layihənin İsmayıllıda reallaşdırmaqda məqsəd rayondakı turizmin təcrübə sayılan tərəflərinin öyrənilməsi və təbliğ olunmasıdır. Layihənin təqdimatında iştirak edən rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Surə Mehdiyeva və Regional İnkişaf ictimai birliyinin Dağlıq Şirvan üzrə nümayəndəsi Radə Ağayeva çıxış edərək fikir və təkliflərini bildiriblər.
“Gənclər Mərkəzi” ictimai birliyi gənclərə həmişə diqqət və qayğı göstərən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu “Gənclərin dostu” mükafatına layiq görüb.
Həmçinin 3 nəfərə – Radə Ağayeva, Gülər Abdullayeva və İslam Mikayıllıya “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsində fəal iştiraklarına görə ictimai birlik adından sertifkat verilib.
Elnarə Günəş

Şərh Yaz