Düşünülmüş, müstəqil siyasət aparılır

Respublikada gedən inkişaf İsmayıllı rayonundan da yan keçməyib. Fəaliyyəti müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində regionlara səfərini davam etdirmiş, görülən işlərlə yerində tanış olmuş, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün dəyərli məsləhət və göstərişlər vermişdir.Düşünülmüş, müstəqil siyasət aparılır      Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, biz öz yolumuzu gedirik. Bu yol inkişaf yoludur, bu yolda böyük nailiyyətlərə imza atmışıq. Cənab Prezidentin çıxış və məruzələri əhali arasında geniş təbliğ olunur.
Bu fikirlər yanvar ayının 10-da İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsində səslənib.
Hesabat yığıncağında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və 70 nəfərə yaxın kənd sakini iştirak edib.
2016-cı ildə Ruşan kənd İƏD-i üzrə görülən işlərin hesabatını verən nümayəndə əvəzi Elşad Səfixanov həm də qarşıda duran vəzifələrdən söz açıb. O bildirib ki, İƏD-in əhatə etdiyi Ruşan və Vəng kəndləri 267 təsərrüfatdan ibarətdir. Kənd sakinlərinin sayı 1444 nəfərə çatıb. Evlərin sayı isə 267-dir. Əhalinin məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Bu rəqəmlərin hər birində son ildə nəzərə çarpan dərəcədə artım olub. Kənd sakinləri maddi rifahlarının yüksəlməsi üçün birmənalı şəkildə faydalı əməklə məşğuldurlar. Onlar şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsulları bazarlara çıxararaq ərzaq bolluğu yaratmaqda, güzəranlarını yaxşılaşdırmaqda fəallıq göstərirlər.
Sosial yönümlü məsələlərə gəldikdə İƏD-in nümayəndə əvəzi E.Səfixanov kəndə asfalt yolun çəkilişinin yüksək əhəmiyyətindən danışdı. Bu yol kənd sakinlərinin oturaqlığına, istənilən işin daha rahat icrasına şərait yaratmışdır. Yaradılan bu rahatlığa görə kəndin hər bir sakini ölkə rəhbərliyinə minnətdarlığını bildirir.
İl ərzində nümayəndəlikdə 5 nikah bağlanıb. 3 doğum və 11 ölüm halı qeydə alınıb.
Ərazidə 2 orta məktəb, 2 kitabxana, ATS və poçt şöbəsi, 2 feldşer məntəqəsi əhalinin istifadəsindədir. Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması qanunamüvafiq aparılıb.
Məruzə ətrafında çıxışlarda görülən işlər qənaətbəxş hesab olunub və mövcud çatışmazlıqların aradan qaldırılacağına ümidvarlıq ifadə olunub.
Sonda RİH başçısının Ruşan İƏD-i üzrə nümayəndə əvəzi E.Səfixanov cari ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyini vurğulayıb.
Ş.Soltanov

Şərh Yaz