Məktəb və şagirdlər arasında əlaqə

İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbində həmin məktəbin və şəhər 1 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdləri arasında təsviri incəsənət bilgiləri və bacarıqlarını aşkarlamaq məqsədi ilə rəsm müsabiqəsi keçirilib.
Məktəbin direktoru Etibar Abdulov müsabiqəyə qatılanları salamlayıb. Onlara təhsildə, bu və digər sahələrdə bacarıqlarını büruzə verməkdə uğurlar diləyib.
Məktəb və şagirdlər arasında əlaqə      Müsabiqə öncəsi 1 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Xanım İsmayıllının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Xanımın sərgi üçün təqdim etdiyi rəsmlər izləyicilərin marağına səbəb olub. İzləyicilər onun ümidverici bir sənət adamı olacağını bildiriblər.
Daha sonra müsabiqəyə start verilib. Hər iki məktəbin şagirdləri tərəfindən çəkilən rəsmlərə baxış keçirilib. Г‡əkilmiş rəsmlər rəngarəngliyi ilə hamını sevindirib. İştirakçıların hər birinə Diplom və hədiyyələr verilib. Şagirdlər üçün ən yaddaqalan məqam bir məktəblə digər məktəb şagirdləri arasında əlaqələrin qurulması olub. Onlar yaradıcılıqları ilə bərabər yaranmış əlaqələri də inkişaf etdirəcəklərini bildiriblər.
Q.Abdulayeva

Şərh Yaz