Bayram münasibəti ilə keçirilmiş tədbir

Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 7-11-ci siniflər arasında “Brey-rinq” bilik yarışması keçirildi.
Tədbir Azərbaycan Respublikası Dövlət himni oxunmaqla başlandı. Açılış üçün söz Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədovaya verildi.
Bayram münasibəti ilə keçirilmiş tədbir      Direktor tədbir iştirakçılarını salamladıqdan sonra qarşıdan gələn bayramlar münasibəti ilə qonaqları, müəllim və şagird kollektivini təbrik etdi. Yarışda iştirak edən komandaların hər birinə uğurlar arzuladı, sözü tədbirdə qonaq qismində iştirak edən İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Vəfa Ağayevaya verdi. O da öz növbəsində kollektivə xoş arzularını çatdırdı, komandalara uğurlar arzuladı.
Daha sonra söz alan məktəb direktorunun müavini –“ bu sətirlərin müəllifi Hacıbala Qasımov son illərdə təhsil ocağında qazanılan nailiyyətlərindən danışdı. Uğurların davamlı olması üçün o, şagird və müəllimlərə tövsiyələrini verdi. Tədbirin təşkilinə görə gənc fizika müəllimi Əli Əlizadəyə məktəb rəhbərliyi adından təşəkkürünü bildirdi. Bu sayaq tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladı.
Tədbirin təşkilatçısı və aparıcısı, gənc müəllim Əli Əlizadə də öz növbəsində qarşıdakı bayramlar münasibəti ilə qonaqları, müəllim və şagird kollektivini təbrik etdi. Komandaların hər birinə uğurlar arzuladı. Münsiflər heyətini yarışı izləməyə dəvət etdi.
Komandalar yerini tutdu və yarışma 4 mərhələdə keçirildi.
“Dəqiq elmlər” turunda şagirdlərə riyaziyyat, fizika, kimya və informatika fənlərindən hər birindən 10 sual olmaqla 40 sual təqdim olundu.
Bu turda 11-ci və 8-ci siniflər bərabər hesabla birinciliyi bölüşdülər. İkinci yeri isə 10-cu və 9-cu siniflər tutdu. Üçüncü yerə 7-cilər çıxdı.
“Humanitar elmlər” ikinci tur olmaqla Azərbaycan dili, coğrafiya, biologiya və tarix fənlərini əhatə etdi. Bu turda da hər fəndən 10 sual olmaqla 40 sual təqdim olundu.
İkinci turda 8-ci və 10-cu siniflər bərabər hesabla birinciliyə sahib oldular. İkinci yerə 9 və 11-ci, üçüncü yerə 7-cilər sahib oldu.
“Dünya görüşü” turunda məqsəd şagirdlərin dünyaya görüşlərini öyrənmək idi. Burada şagirdlərə fərqli mövzularda 20 sual təqdim olundu.
Bu turda 8-ci sinfin komandası böyük hesab fərqi ilə birinci oldu. İkinci yeri 10-cu və 11-ci siniflər tutdu. Turun üçüncü isə 9-cu və 7-ci siniflər oldu.
Komandaların yarışında 8-ci sinif birinci, 10-cu sinif ikinci və 11-ci sinif üçüncü yerə layiq görüldü.
Son mərhələdə komanda kapitanları yarışdı. Bu mərhələdə fərqli mövzularda 20 suala cavab vermək lazım gəldi. 8,10 və 11-ci siniflərin kapitanları bərabər hesabla turu bitirdiyindən onlara əlavə 4 sual verildi. Qalib müəyyən olundu. Son turda 1-ci yerə 8-ci sinfin kapitanı Xumar Pənahlı, 2-ci yerə 11-ci sinfin kapitanı İlkin Şəmiyev, 3-cü yerə 10-cu sinfin kapitanı Rüstəm Pənahlı sahib oldu.
Qalibləri mükafatlandırmaq üçün söz məktəbinin direktoru Ş.Əhmədovaya verildi. O, tədbirin təşkilatçısı və aparıcısına təşəkkürünü bildirdi və qalibləri təbrik etdi .
Layiq görüldükləri yerlərin kubok, medal və diplomları qaliblərə təqdim olundu.
Sonda xatirə şəkilləri çəkildi.
H.Qasımov,
A.Məmmədov adına Diyallı kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini

Şərh Yaz