Həmrəylik tərənnüm olundu

23 dekabr 2016-cı il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin (RTŞ) akt zalında İsmayılı Rayon Gənclər və İdman İdarəsi və RTŞ-nin birgə təşkilatçılığı ilə 31 Dekabr –“ Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirildi. Həmrəylik tərənnüm olunduTədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova açaraq iştirakçıları salamladı, 31 Dekabr –“ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni, 2017-ci il münasibətilə gəncləri təbrik etdi, həmrəylik günümüzün tarixi barədə geniş məlumat verdi. Həmrəyliyimizin, birliyimizin möhkəmləndirilməsi istiqamətində 1991-ci ildən bu günə müntəzəm işlərin aparıldığını diqqətə çatdırdı. O həmçinin, Ulu öndərin müstəqil Azərbaycanın inkişafı tarixinin bütün mərhələlərində uğurlu siyasətinin hiss olunduğunu qeyd etdi. Sonra inşa yazı müsabiqəsi barədə iştirakçıları məlumatlandırdı.
Verilən bir saat ərzində gənclər öz fikir və duyğularını bədii ifadələrlə kağıza köçürdülər.
6 məktəbdən 13 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olub və mükafatlandırılıb.
Nəriman Qəniyev

Şərh Yaz