Fəal yazarlar müəyyən edildi

2016-cı ilin əvvəlində redaksiyamız yazıları ilə “İsmayıllı xəbərləri” qəzetində müntəzəm olaraq məqalələr ilə çıxış edəcək müəlliflərin 2017-ci il üçün ödəniş etmədən qəzetin abunəçisi elan olunacaqları barədə məlumat vermişdiFəal yazarlar müəyyən edildiİl ərzində fəal yazarlarımızın aşkarlanması heç də çətin olmadı. Qaliblərimiz Dövlət qulluğu veteranı Valeh Salehov, yazıçı-publisist Məmmədmirzə Rzayev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli və İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin direktiru Xalıq Xalıqov oldu.
Qaliblərimizə bizimlə etdikləri əməkdaşlıqlarına görə təşəkkür edirik.
Müsabiqəmizin şərtləri qüvvədə qalır. Əməkdaşlığımızın davam edəcəyinə, 2017-ci ildə daha çox yazarımızın fəallıq nümayiş etdirəcəyinə əminik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz