Bağçada elmi-praktik konfrans

İsmayıllı şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında “Məktəbəqədər təhsil müəssisələrində məşğələlərin yeni təlim üsulu ilə təşkili və kurikulum islahatının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə rayonun məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçiləri, Rayon Təhsil Şöbəsinin metodik kabinetinin direktoru Hümbət Əsədov və metodisti Güllübəyim Lətifova iştirak etmişlər. Bağçada elmi-praktik konfransBöyük qrupda musiqi məşğələsində “Qar topu mahnısı və musiqi alətləri“, məktəbəhazırlıq qrupunda “D hərfi və səsi ” məşğələlərinə baxış keçirmişlər. Sonra məşğələlər təhlil olunaraq müzakirələr aparılmışdır. Tərbiyəçilərin fikirləri dinlənilmiş, müəyyən rəy və təkliflər irəli sürülmüşdür. Müzakirələrdən sonra konfransın gündəliyinə daxil olan “Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi –“ uşaq, uşaq-uşaq, tərbiyəçi-valideyn, valideyn-uşaq münasibətləri” və “uşaqlara vətənpərvərlik hissini necə aşılayıram“ mövzusunda məruzələr dinlənilmiş, maraqlı fikirlər səslənmişdir. Konfrans qarşılıqlı diskussiya şəklində davam etdi.
Güllübəyim Lətifova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz