Yaddas kitabcasi

Şabanova Şövkət Məmmədismayıl qızı

İsmayıllı rayon təhsilinə, Diyallı kənd tam orta məktəbinin pedaqoji kollektivinə itki üz verib.
Pedaqoji kollektivin, valideynlərin və şagirdlərin sevimlisi Şabanova Şövkət Məmmədismayıl qızı sıralarımızı tərk edib.Şabanova Şövkət Məmmədismayıl qızı
Şövkət Şabanova 1951-ci ildə Diyallı kəndində anadan olmuşdu. Müəllim olmaq, yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində təhsil almışdı.
1972-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlayan Ş.Şabanova seçdiyi peşəyə yaradıcı ruhda, böyük sevgi ilə yanaşaraq ömrünün sonuna kimi işini müasir tələblər səviyyəsində qurmuş, gələcəyin layiqli vətəndaşlarını yetişdirməyə səy göstərmişdir.
Təcrübəli pedaqoq olmaqla o həm də qayğıkeş, mehriban ana idi. 3 övladından ikisi ali təhsil alıb.
Şövkət müəllimin nurlu xatirəsi çalışdığı pedaqoji kollektiv üzvlərinin və onu yaxından tanıyanların yaddaşında uzun zaman yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
Şəmsiyyə Əhmədova,
Diyallı kənd tam orta məktəbinin direktoru

Şərh Yaz