Yaddas kitabcasi

Kənd məktəbində Yeni il şənliyi

İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib.
Kənd məktəbində Yeni il şənliyi
Məktəbin pedaqoji kollektivinin şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Məlikov Zahir açıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb.
Məktəbin direktor müavini Mahir Cəfərov tədbir iştirakçılarını salamlayıb, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlətin təhsilə, gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbir boyunca şagirdlərin maraqlı və məzmunlu çıxışları izləyicilərdə bayram əhval-ruhiyyəsi yaşadıb. Şaxta baba və Qar qız şagirdləri təbrik edib. Təbrik dolu çıxışları ilə fərqlənənlərə Yeni il hədiyyələri verilib.
Nailə Bayramova

Şərh Yaz