Balacaların böyük uğurları

16-20 dekabr 2016-cı il tarixlərdə Bakı şəhərində MMA Budo döyüş növləri üzrə dünya kuboku yarışı keçirilmişdir.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin karate üzrə məşqçi-müəllim Bayram Qəhrəmanovun yetirmələri kubok yarışlarında yüksək nəticələr göstərmişlər.
Balacaların böyük uğurları
İdmançılarımız – Qadir Səlimov, Ləman Ələkbərova, Asim Məmmədli ikinci yeri, Tahir Məmmədli, Murad Əkbərov, Bakıxan Nuriyev üçüncü yeri, Vüsal Əsgərov isə birinci yeri qazanaraq fəxri kürsünün yüksək pilləsinə qalxmışdır. Qaliblərimizi təbrik edirik.
Ş.Qafarova

Şərh Yaz