Körpə fidanların bayram sevinci

Dekabrın 25-də İsmayıllı şəhər 3 nömrəli uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə ədəbi-bədii bayram tədbiri keçirilib. Tədbirdə uşaqlar, onların valideynləri, bağçanın müəllim və tərbiyəçiləri də iştirak ediblər.Körpə fidanların bayram sevinci3 nömrəli uşaq bağçasının fidanlarının nümayiş etdirdikləri rəqslər və səhnəciklər, eləcə də Şaxta baba və Qar qızın, hədiyyələr paylaması kiçik yaşlı tamaşaçıları çox sevindirib. Uşaqlar bəzədilmiş şam ağacı ətrafında dövrə vuraraq, rəqs ediblər.
Fidanlar növbə ilə məharətlərini nümayiş etdiriblər. Tədbirdə iştirak edən uşaqların hər birinə hədiyyə verilib. Onlar Yeni ili tərənnüm edən şeirlər, mahnılar oxuyublar. Uşaqların çöhrəsindəki sevinc hissindən bu günün xatirələrdə uzun illər yaddaşlarda qalacağı oxunub.
Elnarə Qasımova

Şərh Yaz