Yaddas kitabcasi

Xalça xalqımızın milli sərvətidir

…Biz xalçaçılığı gərək nəinki qoruyaq, həm də inkişaf etdirək. Г‡ünki indi Azərbaycanda məşğulluq artır, işsizlik aşağı səviyyədədir. Ancaq araşdırsaq, görərik ki, qadınlar arasında işsizlik nisbətən daha çoxdur.
Xalça xalqımızın milli sərvətidir
Ona görə də qadınları işlə təmin etmək, eyni zamanda, xalçaçılığı yaşatmaq və ixrac potensialımızı artırmaq üçün belə bir qərar qəbul edildi. İndi bir çox rayonda, o cümlədən İsmayıllıda xalçaçılıq üzrə istehsalat sahələri yaradılır. Г‡ünki İsmayıllıda xalçaçılıq sənəti çox inkişaf edib və qədim tarixə malikdir. İsmayıllının özünəməxsus xalçaçılıq üslubu var.
Bu xalçaçılıq müəssisəsi bütün lazımi avadanlıq, dəzgahlar, iplər, boyalarla təmin ediləcək, ilkin mərhələdə 170 iş yeri yaradılacaq. Biz tezliklə bu işlərə start verəcəyik. Xalça ixrac məhsuludur. Üstünlüyü ondan ibarətdir ki, onun istehsalına gedən vəsait yerli valyuta ilə ölçülür, amma ixrac olunarkən ölkəmizə xarici valyuta gələcək. Eyni zamanda, biz bu gözəl sənəti yaşatmalıyıq. Г‡ünki xalça xalqımızın milli sərvətidir…
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
İsmayıllı, 10 avqust 2016-cı il

Şərh Yaz