İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!

2015-ci ildən başlayaraq Beynəlxalq Etwinning layihəsi çərçivəsində İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulmuşdur (Müəllimi Surə Mehdiyeva şagirdləri ilə). İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova
Bu layihəyə əsaslanaraq Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən noyabr ayının 21-dən 26-dək Türkiyə Cumhuriyyətindən 5 nəfər müəllimdən ibarət heyət rayonumuzda səfərdə oldular. Siz qonaqları yüksək səviyyədə qəbul etdiniz. Onlar öz proqramları barədə geniş məlumat verdilər.
Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və müxtəlif tədbirlərdə iştirak ediblər. Eyni zamanda onlar Lahıc qəsəbə və İvanovka kənd tam orta məktəblərində də olublar. Multikultural dəyərlər mövzusunda Heydər Əliyev Mərkəzində, İvanovka kənd mədəniyyət evində müəyyən tədbirlər həyata keçirilib.
Hörmətli Mirdaməd müəllim, məktəblə əlaqəli əvvəlki layihələrdə də bizə yaxından köməklik göstərmisiniz.
Başladığımız hər işdə göstərdiyiniz köməyə, diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə:
Gündüz Qədirov,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru,
Surə Mehdiyeva,
məktəbin müəllimi, layihə rəhbəri

Şərh Yaz