Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2016-cı il tarixdə ədliyyə işçilərinin peşə bayramı münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən ədliyyə işçiləri ilə görüş keçirilib.Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Ədliyyə işçilərinin peşə bayramı qeyd olunubTədbir ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Abidə önünə tər qızılgüllər düzən ədliyyə rəsmilərinin İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında bayram tədbiri davam edib. RİH-nin başçısı Mirdaməd Sadıqov peşə bayramı münasibətilə iştirakçıları səmimi təbrik edib, onlara çətin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb.
İsmayıllı rayon məhkəməsinin hakimi Azad Əliyev ədliyyə işçilərinə göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə minnətdarlığını, rayon rəhbərliyinə təşəkkürünü bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz