Daha fəal olmaq lazımdır

7 dekabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarə qurumları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra İƏD üzrə nümayəndə və müavinlərin fəaliyyətinə toxunub. Onlara işlərində daha fəal olmağı tapşırıb.Daha fəal olmaq lazımdır Gündəlikdəki birinci məsələ ilə əlaqədar R.Səmədov cıxış edib. İƏD üzrə nümayəndəliklərin 2016-cı ildə gördükləri işlərə dair hesabatların hazırlanması və 2017-ci ilin birinci yarım ili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışıb və müvafiq tapşırıqlar verib.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar söz İsmayıllı rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat şöbəsinin müdir əvəzi Könül Məmmədovaya verilib. K.Məmmədova iclas iştirakcılarını salamlayaraq İƏD-lər üzrə nümayəndəliklərdə vətəndaş vəziyyəti aktlarının qeydiyyatına dair Təlimatların icrası vəziyyətində olan nöqsanlardan danışıb. Yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələrini verib.
Gündəlikdə olan digər məsələ barədə məlumatı İƏD üzrə nümayəndəliklərdə rəsmi elektron yazışmaların gov.az domeni ilə aparılması haqqında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azər Bədəlov verib. O, nümayəndəliklərin adına gov.az domeni ilə açılmış elektron poçt ünvanlarını paylayıb və istifadə qaydalarını izah edib.
R.Səmədov cari məsələlər barədə danışaraq İƏD üzrə nümayəndəliklərin ərazisində fındıq bağlarının salınmasında işlərin daha da gücləndirilməsini, təsərrüfatbaşına uçot kitablarının dəqiq işlənilməsi və bir sıra təqvimi tədbirlər barədə tapşırıqlar verib.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallar cavablandırılıb.
Ehtiram Manafov

Şərh Yaz