Yaddas kitabcasi

Azərbaycanda Multikulturalizm modeli İsmayıllı –“ multikultural məkan kimi

Multikulturalizm bir ölkədə və ya bütünlükdə dünyada müxtəlif mədəniyyətlərin bütövlüyünün saxlanmasına, inkişafına yönəlmiş siyasət və ümumbəşəri mədəniyyətlər sistemində mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına istiqamətlənmiş, əsaslandırılmış siyasi cərəyan və ya ideologiyadır. Multikulturalizm mədəniyyətlərin bir-birinə assimilyasiyasız inteqrasiyasını təklif edir. Onun əsas prinsipini azlıqla çoxluğun mədəniyyətlərinin hüquqi bərabərliyini təşkil edir ki, bunun üçün azlıqların hüquqlarının qorunması dövlət siyasətinin prioritetinə çevrilməli və sosial-siyasi sistemin vacib tərkib hissəsi kimi qəbul edilməlidir.Azərbaycanda Multikulturalizm modeli İsmayıllı –“ multikultural məkan kimi

Multikulturalizm konsepsiyası 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. XX əsrin sonlarına kimi multikultural siyasətin bu və ya digər formaları, demək olar ki, bütün Avrozona ölkələrinin həyatına sirayət etmişdir.
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Multikulturalizm dünyanın müxtəlif bölgələrində olmasına baxmayaraq, Azərbaycan multikulturalizmi nəzəri olaraq mənimsəyən yox, praktikada tətbiq edildiyi ölkələrdəndir. Buna sübut olaraq onu qeyd eləmək olar ki, bu gün dünyanın 13 ali məktəbində “Azərbaycan multikultarizmi” bir fənn kimi tədris olunur. Biz multikulturalizmi yalnız öz coğrafiyamızda, ərazimizdə, ölkəmizdə tətbiq etməklə yanaşı bütün dünyada daha geniş yayılması üçün fəaliyyət göstəririk.
Azərbaycan Şərqin və Qərbin qovuşuğunda yerləşən, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı anlaşma şəraitində bir araya gəldiyi nadir ölkələrdəndir. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməyib, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni dini münasibətlər mövcud olub. Ona görə də bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də müxtəlif mədəniyyət və dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı ən unikal məkandır.
Ölkəmizdə müxtəlif millətlərə, dinlərə adət və ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olub. Bu sahədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töhfə verir. Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Qədim Yunan filosofu Pulutarx qeyd etmişdir ki, Tanrısız insan cəmiyyəti mövcud deyildir. İnsanlar ta qədimdən fövqəltəbii qüvvələrə pərəstiş etmiş, müxtəlif etiqadlara iman gətirmiş, ondan ruhi təskinlik, mənəvi qida almışlar. Din həm mədəniyyət, həm həyat tərzi, həm də ideologiyadır. Universallıq, ümumbəşərilik onun təbiətindədir. Din daim insanlıq üçün ümid mənbəyi olmaqla fərqli inanc sistemlərindən ibarət müxtəlif dünyagörüşlərin toplusudur.
Bu gün dinlər və məzhəblər arasında əlaqə və yaxınlaşma çox böyük zərurət daşıyır. Tolerantlıq Azərbaycan Respublikasında normal həyat tərzinə çevrilmişdir. Xalqımız üçün din ilk növbədə inac yeri, mədəniyyətlərin ayrılmaz hissəsidir. Bu həqiqəti ulu öndər Heydər Əliyev çox dəqiq ifadə etmişdir: “Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ya ayrılmaz bir hissəsi kimi qəbul edirik. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”.
Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan qədim zamanlardan indiyədək sivilizasiyalar arasında birləşdirici rol oynamış, böyük tarixi yol keçmişdir. Müstəqil Azərbaycan Respublikası islam mədəniyyətinə məxsus ölkə olsa da, digər mədəniyyətlərə və dinlərə aid ölkələrlə geniş münasibətlər qurmuşdur. Azərbaycan müxtəlif dini konfessiyaların azad, sərbəst fəaliyyət göstərdiyi ölkələrdəndir. Dini və milli tolerantlıq Azərbaycan xalqı üçün xarakterikdir. Hazırda paytaxt Bakıda və bölgələrdə islam, xristian, iudist və digər dini icmalar bir-birinə qarşılıqlı hörmət, dözümlülük əsasında fəaliyyət göstərir.
Ölkəmizdə tolerantlıq mühitinin qorunması, dini radikalizmin, ayrı-seçkiliyin qarşısının alınması, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində əsaslı işlər görülür. Bütün regionlarda dini sahə ilə bağlı, tolerant və multikultural əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. İctimaiyyətlə, dindarlarla görüşlər, seminarlar təşkil olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim ölkədə tolerantlığı, multikulturalizmi dəstəkləyir, Respublikamızda müxtəlif xalqların dost və qardaş kimi bərabər şəkildə yaşamasını təmin edir. Təsadüfi deyil ki, 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi təsis edilmişdir. Digər bir Fərmanla 2014-cü il may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanının multikultural modellərini tədqiq və təşviq etməkdən ibarətdir. Ölkə rəhbəri 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir. Cənab Prezident çıxışlarının birində belə deyir: “Biz qəti inanırıq ki, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu inkişaf etdirmək vacibdir. Yalnız dialoq və xoş məram vasitəsilə biz inamsızlıq və qarşıdurmanı ləğv edəcək, ümumi təhlükələrə və çətinliklərə qarşı birləşib, bir qüvvə kimi çıxış edə biləcəyik”. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi Prezident İlham Əliyevin ölkəmizin multikultural dəyərlərə, onun inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Sərəncamda bu barədə deyilir: “Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir”.
Multikulturalizm həmçinin elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Müasir cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycanın inkişafıdır ki, burada Azərbaycanının milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Ölkəmizin bu sahədə formalaşdırdığı zəngin ənənələr dünyanın ən nüfuzlu elmi mərkəzlərində diqqətlə tədqiqi olunur. Bütün nəticələrin əldə olunmasında Heydər Əliyev Fondunun da başlıca yeri vardır. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir.
İsmayıllı Respublikamızda tolerantlığın, mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin, dini dözümlülüyün, multikulturalizmin bərqərar olduğu bir məkandır. Burada müxtəlif xalqların –“ azərbaycanlıların, ləzgilərin, hapıtların, lahıcların, rusların, tatarların, kürdlərin və digər xalqların nümayəndələri bir-birinə qarşılıqlı hörmət, inam və etibar, öz milli adət və ənənələrini qoruyub saxlamaqla birgə yaşayırlar.
Multikulturalizmin təbliği ilə bağlı rayonda xeyli iş görülmüş, tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, rayonda fəaliyyət göstərən dini icma sədrləri, axund və imamlar, dini ayinlərin icraçıları ilə görüşlər keçirilmişdir. Yerlərdə dini maarifləndirmə tədbirləri həyata keçirilmiş “Multikulturalizm ili” ilə bağlı çoxsaylı tədbirlərin icrasına nail olunmuş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Fitnə” filmi yerlərdə nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı RİH-nin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda elmi konfrans keçirilmişdir. Cümə məscidi nəzdində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin elan etdiyi qrant layihəsi hesabına kitabxana yaradılmışdır. RİH başçısı yanında yaradılmış “Dini komissiyanın tərkibi yeniləşdirilmiş, rayonda olan din xadimləri, mövcud məscidlər, ziyarətgahlar, pirlər haqqında məlumat bankı yaradılmış, “Dini xəritə” hazırlanmışdır. İnternet məkanlarında, sosial şəbəkələrdə, KİV-də, mətbuatda dini mövzularda, tolerantlıq və multikulturalizmlə bağlı materiallar, yazılar verilmişdir.
Qeydiyyatdan keçməyən dini icmaların və məscidlərin Dövlət qeydiyyatından keçməsi üçün müvafiq tədbirlər görülür, rayonda bu sahə üzrə məsələlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tənzimlənir.
“Multikulturalizm ili” ilə əlaqədar rayonun bütün kəndlərini əhatə edəcək iri yaşayış məntəqələrində konfransların, yığıncaq və toplantıların, dəyirmi masaların keçirilməsi işi davam etdirilir. Rayonda Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”nun “İsmayıllı Bilik Evi” Regional Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təntənəli açılışları edilmişdir. Rayon rəhbərliyi Mərkəz üçün müasir tələblərə cavab verən bina ayırmış, Regional mərkəz 3 ştat vahidi ilə işə başlamışdır.
Müasir dünyamızda millətçiliyin, dini radikal fanatizmin, separatçılığın hökm sürdüyü bir vaxtda rayonda yaşayan müxtəlif millətlərin nümayəndələri dost və qardaş kimi yaşayır, bir-birinin milli və etnik adətlərinə hörmət edir, yanaşmada humanizm, tolerantlıq prinsiplərini əsas götürürlər. Zaman keçdikcə onlar qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Toy, yas mərasimlərində, milli və dini bayramlarda birgə iştirak təmin olunmuşdur. Münasibətlərdə, fərdi yanaşmada heç vaxt milli ayrı-seçkiliyə, dini və etnik fərqliliyə yol verilmir.
Vaxtı ilə öz ata-baba torpaqlarından sürgün edilmiş malakanlar 100 ildən çoxdur ki, İsmayıllıda yaşayırlar. Г‡ətin vaxtlarda yerli əhali onlara qucaq açmış, malakanlar İsmayıllıda məskunlaşmış, kənd salmış, təsərrüfat qurmuş, ev-eşik, ailə sahibi olmuş, inkişaf edib Respublikada tanınan qabaqcıl təsərrüfat qurmuşlar. Bu gün də onlar məskunlaşdıqları ərazidə rahat, arxayın şəkildə yaşayırlar. Onların fərqli adət-ənənələrinə hörmətlə yanaşılır, dini, milli mənsubiyyətlərinə görə heç vaxt ayrı-seçkilik edilmir. Hazırda İvanovkada malakanlarla yanaşı azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri də qarşılıqlı hörmət əsasında birgə yaşayırlar.
Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası və elektron ATS də var. Mövcud infrastruktur heç şübhəsiz ki, buradakı insanların yaşam tərzinə də müsbət təsirini göstərir. Eyni zamanda rayon rəhbərliyi daim onları diqqətdə saxlayır. Bütün qeyd olunanlar isə insanların bir-birinə daha çox qaynayıb qovuşmalarına gətirib çıxarır və əbədi vətənləri olan Azərbaycana minnətdarlıqlarını xoş əməlləri ilə ifadə edirlər.
Milli-dini dözümlülük, ayrı-seçkiliyə yol verilməməsi İsmayıllıda daima mövcud olmuş, bu gün də davam etdirilir. Multikultural adət-ənənələrə qarşılıqlı hörmət hissi bu regionda daima qorunmuşdur. Bir vaxtlar rayonun Ruşan, Vəng, Soltankənd, Qoşakənd, Tubukənd, Uştal, Qalagah və s. kəndlərində yaşayan mənfur ermənilərə də eyni mövqedən yanaşılırdı. Hətta, məlum hadisələr dövründə onlar heç bir zərər görmədən buradan köçüb getdilər.
Müxtəlif xalqların adət-ənənələrinə, milli və etnik dəyərlərə bu torpaqda həmişə hörmət hissi olmuşdur. Rayonda multikultural mədəniyyətlərin birliyi, həm də fərqliliyi gözlənilir, hörmət və qarşılıqlı münasibətlər əsasında inkişaf etdirilir. İsmayıllıda milli azlıqlara, etnik qruplara daha çox diqqət yetirilir, hörmət edilir, adət-ənənələri qorunur, problemləri vaxtında həll olunur. Rayon rəhbərliyi milli azlıqlara çox həssas münasibət bəsləyir.
Tarixin o üzündən boylanan qədim Lahıc və orada yaşayan yerli əhali öz qədim adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, bu gün dünya elminə, mədəniyyətinə, sənətkarlığına böyük töhfələr verir. Burada qədimiliklə müasirlik qovuşur. Adət-ənənələrin fərdi xarakteri, sənətkarlığın müxtəlif növləri qorunub saxlanılır, multikultural yönümü inkişaf etdirilir. Təsadüfi deyil ki, keçən il “Lahıc misgərlik sənəti“ YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Tarixən müxtəlif mədəniyyətlərin, milli azlıqların, etnik qrupların, fərqli dinlərin və dillərin mövcud olduğu İsmayıllıda multikulturalizm ili çərçivəsində bir sıra elmi istiqamətli, təbliğat xarakterli tədbirlər keçirilməkdə davam edir. ”Bilik evin”də dəyirmi masa arxasında söhbət formasında Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin İsmayıllı filialının açılması bu tədbirlər sırasında ən önəmlisi olub.
Г‡ağdaş dünyada müxtəlif millətlərə, dinlərə mənsub insanların bir arada yaşaması günümüzün gerçəkliyidir. Ona görə müasir dövrdə tolerantlıq mühitinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi zamanın ən vacib çağırışlarındandır.
Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda Heydər Əliyev Mərkəzlərində 16 Noyabr-Tolerantlıq Gününə həsr olunmuş tədbirlər keçirilmişdir.
Belə tədbirlərdən biri də 11 noyabr 2016-cı il tarixdə İsmayıllıda-Heydər Əliyev Mərkəzində reallaşdı. Tədbirdə Prezidentinin müvafiq sərəncamı ilə 2016-cı ilin multikulturalizm ili olduğunu, bu istiqamətdə rayonda tədbirlərin ardıcıl icrasını diqqətə çatdırdı.
Fikirlərimi ölkə prezidenti cənab İlham Əliyevin aşağıdakı sözləri ilə bitirmək istəyirəm: “Hər bir vətəndaş eyni hüquqlara malikdir… Elə etməliyik ki, ölkəmizdə yaşayan bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq özlərini tam hüquqlu vətəndaşlar kimi hiss etsinlər”.
Bəzən belə fikirlər söylənilir ki, multikulturalizmin gələcəyi yoxdur. Lakin Azərbaycandakı tolerantlıq, multikultural dəyərlər dünyaya bir mesajdır. Azərbaycan multikulturalizmi dünyaya bir nümunədir. Onun kiçik modeli isə İsmayıllıdır.
Nəsimi Teymurov,
RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh Yaz