Ürəyimin hökmü, vicdanımın səsi ilə

O doğuldu millətin yolunda can yandıra,
O doğuldu Vətəndə xausu dayandıra.
O doğuldu tarixi tarixə calandıra –“
Xalq da ona inandı, dəryadı, ümmandı – O!Ürəyimin hökmü, vicdanımın səsi ilə

O doğuldu millətin yolunda can yandıra,
O doğuldu Vətəndə xausu dayandıra.
O doğuldu tarixi tarixə calandıra –“
Xalq da ona inandı, dəryadı, ümmandı – O!Ürəyimin hökmü, vicdanımın səsi iləNur olub göy üzünə ulduz-ulduz ələndi,
Günəşin şəfəqitək dünyamıza çiləndi.
Azərbaycan bu adın işığına bələndi,
Vətənçün yeni tarix, bir yeni zamandı – O!

Vətən! –“ deyib dünyanı dolandı, gəzdi getdi,
Gələcəyin şövqünü qəlblərə düzdü getdi.
Adımızı tarixə əbədi yazdı getdi,
Azərbaycan Vətəndi, bu addakı candı O!

Biz zəka bulağından içə bilsək, itmərik,
Göstərdiyi düz yolu keçə bilsək, itmərik.
Onun kimi yaşayıb köçə bilsək, itmərik,
Heydər adlı müqəddəs, şərəfdi O, şandı O!

Bəli, ulu öndər Heydər Əliyev xalqının inamı, imanı, müqəddəs imamı və böyük bir dahisidir. O, işıqlı vətənsevərlik arzuları ilə bəşərsevərlik, nurlu idrak, sədaqət zirvəsinə ucaldı. Həqiqətə, dostluğa, yaxşılığa, qeyrətə, inandığı, arzuladığı sabaha tutdu üzünü.
Onun sözə, vəsfə sığmayan yüksəkliyi, kamilliyi, mənəvi qəhrəmanlığı bu gün gənc nəsil tərəfindən dərk edilməli və göstərdiyi, miras qoyduğu işıqlı yolu Vətənin daha xoşbəxt sabahları naminə davam etdirilməlidir. Dahi rəhbərin buyurduğu kimi, bu yol güclü, inamlı varisin, əziz prezidentimiz İlham Əliyevlə birlikdə, onun rəhbərliyi altında davam etdirilməlidir.
Anım günlərini dərin hörmət və ehtiramla qeyd etsək də bilirik ki, böyük rəhbərimiz Heydər Əliyev ölməyib, ölməzliyə qovuşub. O, bir günəşdir ki Azərbaycanın üzərində daim parlayacaq, öz xalqına səadət şəfəqləri paylayacaqdır.
Heydər Əliyevin müqəddəs adı çəkiləndə tərəqqi, ədalət, qətiyət, fədakarlıq, inam, həqiqət və neçə-neçə yüksək bəşəri keyfiyyətləri ehtiva edən sözlər yada düşür. O, barışmazlıqlara qarşı zehni, fikri ilə döyüşdü, sülhü qan-qadasız əldə etmək ali arzusu oldu, el yolunda çalışdıqca bəşəriləşdi. Bəşəriyyəti müstəqilliyi, həyatı, azadlığı, sülhü sevməyə çağırdı. O, bütün türkdilli xalqlara böyük rəğbət və məhəbbətlə yanaşdı. Düşmənə qarşı amansız olmaqla bərabər, bütün xalqları birliyə, birgəyaşayışa, irqi ayrı-seçkiliyə, düşmənciliyə son qoymağa səslədi.
O, bütün həyatını xalqına həsr etdi, insanlığın zirvəsinə çatdı, insanları sevdi, bu sevgi ilə cahana sığmaz bir şəxsiyyətə döndü.
Xalq sevgisindən güclü nə ola bilər ki?! O, xalqını üzləşdiyi ağır vəziyyətdən, zillət və əziyyətdən çıxarmaq, onları xoş günlərə çatdırmaq üçün əbədiyyətə qovuşduğu anadək bütün qüvvəsi ilə çalışdı.
Yurdum –“ Azərbaycan, şanlı diyarım,
Г‡içəkli bağ-bağçam, güllü baharım.
Günəşli səhərim, dövlətim, varım.
Ulu Heydərimin enməz qalası.
Səni sevdim, ey böyük türk tarixinin şanlı səhifələrini yazan İnsan! Sən Vətən torpağı qədər ulu, sevimli, doğma və ucasan. Bunun üçün şair olmadan da Sənə olan məhəbbətimi misralara düzdüm, vəfatına ağılar dedim. Ürəyimdən keçənləri qələmə almağımı ata məhəbbətindən, Tanrı mərhəmətindən mərhum olmaq kimi qəbul etdim:
Sən Azərbaycan tarixinin ölməzliyi,
Azərbaycan günəşinin sönməzliyi,
Azərbaycan bayrağının enməzliyi,
Azərbaycan əsgərinin dönməzliyisən –“
Ulu öndər!!!
Tanrı bizi sevdi, elə buna görə də Səni xalqımıza bəxş etdi. Səni Tanrı pak, müqəddəs saydı. Xalqın da Səni sevdi, Sənə böyük inam və məhəbbət bəslədi. Bu sevgi əbədidir. Г‡ünki Sən hər bir Azərbaycan vətəndaşının fəxri, qüruru və milli iftixarısan!
Qadir insan – Heydər Əliyev Azərbaycan xalqı üçün kamillik simvoludur. Onun göstərdiyi yolla uğurlu, nurlu sabahlara qovuşacağıq. Bu böyük insan xalq yolunda əbədiyyətə qovuşduğu ana qədər çalışdı.
“Yazəlsın tarixə bir qızıl xətlə”,
Dünya unutmasın belə insanı.
Nə qədər həyat var ayırmaq olmaz,
Heydər kəlməsiylə Azərbaycanı!
Gülxar Cəbiqızı,
Lahıc qəsəbəsi

Şərh Yaz