Siyasi kursa sədaqət

İsmayıllı Rayon İcra Hakimiyyətinin, İdman və Gənclər İdarəsinin təşəbbüsü ilə İsmayıllı Peşə Tədris Mərkəzində (PTM) dünya şöhrətli ictimai-siyasi xadim, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin anım günü keçirildi.Siyasi kursa sədaqət
Siyasi kursa sədaqətAnım günündə RİH-nin əməkdaşı Murad Məhərrəmov, Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Ramiz Balağlanov, Böyük Vətən (BV) müharibə veteranları Niyaz Ağayev, Həsənalı Aslanov, rayon Ağsaqqallar Şürasının (AŞ) sədiri İnqilab Həsənov, Gİİ-nin rəisi Taleh Salehov, İsmayıllı Peşə Tədris Mərkəzinin müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbiri PTM-in direktoru Zaur Muradov açdı. Bir dəqiqəlik sükut elan edildi. Sonra tariximizin yaddaşına ulu öndər, fonomen şəxsiyyət kimi həkk olunmuş Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edildi.
RTŞ-nin baş məsləhətçisi, tarixçi-müəllim R.Baloğlanov Ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məruzə etdi. O, dahi rəhbər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğundan, yüksək idarəçilik məharəti və böyük siyasi təcrübəsi sayəsində müstəqil, çiçəklənən və firavan Azərbaycanın təməli qoyulmasından danışdı.
RİH-nin məsul işcisi M.Məhərrəmov Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi, Azərbaycan xalqı və dövlətinin gələcəyi üçün tarixi önəm kəsb etməsindən danışdı, Ulu öndərə həsr etdiyi şeiri oxudu.
Tədbirdə BV müharibəsi iştirakçıları N.Ağayev, H.Aslanov da Ulu öndərlə bağlı xatirələrini danışdılar.
Rayon AŞ-nın sədri İ.Həsənov da anım günündə ulu öndər Heydər Əliyevin xidmətlərindən söz açdı və məktəbdə oxuyan şagirdlərin bu irsi dərindən öyrənmələrini tövsiyə etdi.
Gİİ-nin rəisi T.Salehov Heydər Əliyevin gənclər siyasətindən, gənclərin bu siyasətə sədaqətindən, gənclərə dövlət qayğısından danışdı.
Məktəbin psixoloq-müəllimi Yusif Rzayev və Mərkəzin dərzi qrupunun şagirdi Songül Şərifova da tədbirdə cıxış etdilər.
Г‡ıxış edənlərin hər biri Ulu öndərə Allahdan rəhmət dilədi.
Rəşid Mirzəliyev

Şərh Yaz