Multikulturalizm Mərkəzinin daimi elmi seminarında mühüm məsələlər müzakirə olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın növbəti toplantısı keçirilib.
Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq daimi elmi seminarın fəaliyyətini yüksək qiymətləndirib, seminarda müzakirəyə çıxarılan məsələlərin Azərbaycan multikulturalizmi ilə bağlı gələcək araşdırmalar üçün qaynaq ola biləcəyini deyib.
Multikulturalizm Mərkəzinin daimi elmi seminarında mühüm məsələlər müzakirə olunubAzərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurası sədri Etibar Nəcəfovun moderatoru olduğu, Akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan daimi elmi seminarın budəfəki toplantısında müzakirə ediləcək məsələləri açıqlayıb: “İclasın gündəliyində Sorbonna Universitetinin professoru, şərqşünas Fransua Jorjonun XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri haqqında məruzəsi, Beyrut Universitetinin professoru Mahmud Heydərin çıxışı, BBMM-in İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qutun həmmüəllifi olduğu “Ağrı” kitabının müzakirəsi və “Multikulturalizm” jurnalının ikinci sayının təqdimatı yer alıb”.
Professor Fransua Jorjo məruzəsində Azərbaycandakı multikulturalizm modeli ilə bağlı fikirlərini bölüşüb: “ Mən multikulturalizm ideyalarının bu qədər yayıldığını, əsrlərlə sürən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu ilk dəfə Azərbaycanda gördüm. Məndə Azərbaycanın multikulutralizm modelinə böyük maraq yarandı və bu sahəni öyrənməkdən şərəf duyuram. Fransada multikulturalizm bir az mürəkkəb anlayışdır. Düşünürəm ki, dünyada insanların sülh şəraitində yaşaması, plüralizmin inkişafı və çoxmədəniyyətliliyin qorunub saxlanması üçün Azərbaycanın multikulturalizm modeli dəyərli örnəkdir”.
Livanlı professor Mahmud Heydərin dərin marağa səbəb olan çıxışında dialoqda zidd, yaxud fərqli mədəniyyətə sahib tərəflərin bir-birilərinin mədəniyyətini, mənəvi irsini tanımaq, bilmək və qəbul etmək məsələsinin vacibliyi xüsusilə vurğulanıb.
Məruzədən sonra Arye Qut israilli yazar Əmirlə birgə həmmüəllifi olduğu “Ağrı” kitabı haqqında məlumat verib: “Ağrı” kitabı Təl-Əvivin “Medial” nəşriyyatında İsrailin “YR” şirkətinin dəstəyi ilə çapdan çıxıb. Bugünlərdə kitabın Yazıçılar Birliyində də təqdimatı keçirilib. İlk təqdimatın Bakıda baş tutması bizim üçün çox qürurvericidir. “Ağrı” romanında, demək olar, Xocalıda baş verən dəhşətlər müəlliflər və onların həmsöhbət olduqları şahidlər tərəfindən dilə gətirilib. Burada bəzən faktlar verilsə də, ayrı-ayrı insanların söylədikləri qələmə alınsa da, bütünlükdə bu, tarixi bir romandır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurası sədr müavini Elsevər Səmədov, Fəlsəfə İnstitutunun şöbə müdiri Zöhrə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxışlarında kitabın axıcı dillə yazıldığını, birnəfəsə oxunduğunu qeyd ediblər. Г‡ıxışlarda vurğulanıb ki, kitabın rus dilində yazılması çox əhəmiyyətlidir, müəlliflər Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində böyük bir işə imza atıblar: “Hesab edirəm ki, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən bu kitabın dünya ictimaiyyətinə çatdırılması çox vacibdi. Bədii üslubda, rus dilində yazılmış bu romanın ölkəmizin haqq səsinin dünyaya yayılması işində böyük önəmi var. İndiyə qədər sübut edə bilmədiyimiz bir həqiqət – Qafqaza, əsasən də Azərbaycana ermənilərin 1828-ci ildən etibarən köçürülməsi və bunun çar siyasətinin tərkib hissəsi olması kitabda öz əksini tapıb. Müəlliflər Azərbaycan xalqının dərin kədərini və faciəsini ürəkağrısı ilə qələmə alıblar, bu qanlı faciənin canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərini iç üzünü ifşa edirlər. İnanırıq ki, bu əsər gələcəkdə tarixi qaynaq kimi istifadə ediləcək”.
Г‡ıxış edənlər həmçinin “Ağrı” kitabının ingilis dilinə tərcümə edilərək beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd ediblər.
İclasın gündəliyinə uyğun olaraq tədbirdə BBMM, AMEA və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının ikinci sayı təqdim edilib. Dərginin baş redaktoru Fəxri Uğurlu jurnalın ikinci sayının rəsmi xəbərlərlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı çıxışı ilə açılır.
“Dünyanın tanınmış din xadimləri” rubrikasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin “Ağa Əlizadə -cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” sərlövhəli məqaləsi verilib. Dərgidə materiallar üç dildə- Azərbaycan, rus və ingilis dillərində dərc edilib. Jurnalın bu sayında Azərbaycan ədəbiyyatının tanınmış müəlliflərinin yeni şeirləri, hekayələri, esseləri, tərcümə və reportajları yer alıb. Dərginin “Multikulturalizm mozaikası” bölümündə Azərbaycanın cənub bölgəsinin ədəbi mənzərəsi öz əksini tapıb”.
Toplantıda çıxış edənlər jurnalın mündəricatında yer alan materialların mühüm və aktual olduğunu diqqətə çatdırıblar.
Toplantını yekunlaşdıran professor Etibar Nəcəfov daimi elmi seminarda müzakirə edilən məsələlərin böyük önəm daşıdığını vurğulayaraq belə toplantıların multikultural ideyaların təbliği və təşviqi işinə yeni töhfələr verəcəyinə əminliyini bildirib.
Yadigar Məmmədli,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Şərh Yaz