Ayağa qalxaq

Beynəlxalq Əlillər Günündə mənə də söz verdilər. Məmnuniyyətlə çıxış edib dedim:
– Mən Əlil Sahibkarlar Təşkilatının İsmayıllı rayon bölməsinin sədri kimi bu gözəl tədbirdə iştirak edənləri, onu təşkil edənləri öz adımdan, təşkilatın sədri adından qəlbən salamlayıram. Bu gözəl tədbirin təşkilinə görə, deyərdim ki, belə gözəl yüksək səviyyədə təşkilinə görə iştirakı olan hər kəsə təşəkkürümü bildirirəm. Ayağa qalxaqƏlillərə göstərilən qayğıya, diqqətə görə Vətənimizə, xalqımıza, dövlətimizə, Prezidentimizə minnətdarıq. Yapon dahilərindən biri belə demişdir: “Əgər var-dövlətini itirmisənsə, heç nəyini itirməmisən, əgər sağlamlığını itirmisənsə çox şeyini itirmisən, əgər inamını, ilhamını, əqidəni, yaşamaq eşqini itirmisənsə onda hər şeyini itirmisən!” Dövlətimizin qayğısı o səviyyədədir ki, biz heç bir itkiyə məruz qalmırıq. Böyük şairimiz Məmməd Araz demişdir:
Azərbaycan mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli bir ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Hörmətli məclis iştirakçıları, mən özüm də əliləm. Amma gəlin imanımızı, ilhamımızı, əqidəmizi, yaşamaq eşqimizi itirməyək. Ayağa qalxaq dövlətimiz naminə, vətən naminə, Azərbaycan naminə, Azərbaycançılığımız naminə!
Bu keşməkeşli, siyasi təlatümlü dünyada, qanlı-qadalı dünyada, bu müharibəli dünyada ayağa qalxaq! Öz siyasi, milli və dini tolerantlığı ilə apardığı balanslaşdırılmış xarici siyasəti ilə dünyanın aparıcı ölkələrinə örnək, nümunə olan Azərbaycan naminə ayağa qalxaq, dövlətimizin yanında dayanaq, dövlətçiliyimizin keşiyində olaq, qanunçuluğumuzun keşiyində duraq. Ayağa qalxaq ki, xalqımızla bir sırada olaq, Prezidentimizlə bir sırada olaq. Ayağa qalxaq ki, Vətən yaşasın! Azərbaycanımız yaşasın!
Rahim Səmədov,
Əlil Sahibkarlar Təşkilatı İsmayıllı rayon bölməsinin sədri

Şərh Yaz